Bia.Az

Ərdoğandan "müttəfiqlər" barədə sərt açıqlamalar: "Konkret addımlar gözləyirik"

Siyasət
 23-05-2022, 14:42     244

Türkiyə Prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğan Hızırreis Sualtı Yedəkləmə və Selmanreis Sualtı Qaynaq Mərasimində iştirak edib.


Bizimyol.info xəbər verir ki, tədbir zamanı çıxış edən Ərdoğan Türkiyənin NATO-ya üzv olmaq üçün addımlar atan İsveç və Finlandiyaya veto qoymasından sonra münasibətlərin gərginləşməsi ilə bağlı açıqlamalar verib:

“Kipr Sülh Əməliyyatına görə ölkəmizə qarşı tətbiq edilən ədalətsiz sanksiyaları heç vaxt unutmamışıq. Terrorçulara qarşı qanuni hərəkətlərimizə görə hədəfə alındıq. Biz bir yerdə İŞİD-ə qarşı əl-ələ verib mübarizə apararkən belə ağlasığmaz böhtanlara məruz qaldıq”,- deyə Ərdoğan bildirib.

O həmçinin bildirib ki, “bizə pulla verilməyən silahlar on minlərlə yük maşını ilə pulsuz olaraq qanlı terror təşkilatlarına ötürülürdü”.
“Demokratiyamızı hədəfə alan, 15 iyul gecəsi 251 övladımızı şəhid edən FETÖ-yə dəstək verən əclaflar bir çox Avropa dövlətləri tərəfindən himayə edildi. Bu dövlətlər demokratiyanın düşmənlərinə sorğu-sualsız qucaq açdılar. Suriyada terrorçu liderlər qırmızı xalılarda qarşılanıb”,- deyə çıxışına əlavə edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu da qeyd edib ki, Türkiyə nə müdafiə ehtiyaclarını ödəmək sahəsində, nə də 40 illik terrorla mübarizə sahəsində müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilməyib.

“Ölkəmiz tez-tez açıq və gizli sanksiyalara, təhdidlərə, təzyiqlərə, şantajlara məruz qalıb. NATO-da və üzvü olduğumuz beynəlxalq təşkilatlarda oynadığımız həyati rol göz qabağında olsa da, bəzi müttəfiqlərimiz hələ də sanksiyaların ləğvi barədə danışırlar, biz İsveçin bizə qarşı sanksiyalarını kənara qoya bilmərik.

“İpə un sərmək” siyasətindən imtina edilməli, Türkiyənin haqlı gözləntiləri, xüsusilə də terrorla mübarizədə dəstək və sanksiyalar qarşılanmalıdır. Biz NATO-nun bədəlini ödəyən bir ölkə olaraq ucu açıq diplomatik bəyanatlar verməkdənsə, konkret addımlar gözləyirik”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Ərdoğan bir neçə gün əvvəl İsveçin baş naziri Maqdalena Anderssonla telefon söhbəti zamanı da ölkəsinin tələblərini dilə gətirib.скачать dle 12.1