Ağsuda icbari tibbi sığortanın imkanlarından istifadə edən sakinlər RAZILIQ EDİRLƏR - VİDEO
Ağsuda icbari tibbi sığortanın imkanlarından istifadə edən sakinlər bu sistemin tətbiqindən çox razıdırlar. Ağsu RMX PHŞ-də qurulmuş proqram təminatı əsasında xəstələrin qəbulu, müayinə və müalicə olunmaları üçün hər bir şərait yaradılıb, xəstələr sutkada 3 dəfə pəhriz stollarına uyğun isti yeməklərlə, geyimlərlə, dərmanlar və sarğı materialları ilə təmin olunurlar. Aşagıda sizə təqdim etdiyimiz video-süjetdə məhz bu barədə bəhs olunur.