Bia.Az

İrəvanda etiraz aksiyası: Oğlumun ölümündə günahkar Paşinyandır - Video

Dünya
 18-05-2022, 13:54     307

Səhər saatlarından etibarən İrəvanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir, etirazçılar vaxtaşırı küçələri bağlayır, yürüşlər keçirirlər.


Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatında verilən məlumata görə, hazırda polis 73 nəfəri saxlayaraq polis bölmələrinə aparılıb.
Məlumatda 44 günlük müharibədə həlak olan hərbçilərin yaxınları Ermənistan Baş Prokurorluğunun binası yaxınlığında baş nazir Nikol Paşinyana müharibə ilə bağlı açıqlamalarına görə ona təqsirləndirilən şəxs statusu verilməsini tələb edərək aksiyanı davam etdirdikləri bildirilir.
Ölən hərbçi Jora Saakyanın atası Vahid Saakyan Ermənistan "NEWS.am"a bildirib ki, onun oğlu və dostları oktyabrın 30-da hava zərbələri nəticəsində demək olar ki, həqiqi hərbi qulluqçular olan 11-ci taqım bütövlükdə öldürülüb.

“İlk gündən cavab almaq istədiyim minlərlə sual var idi. Amma bu suallar cavabsız qaldı və bizim hiddətimiz daha da artdı. Xüsusən də aprelin 13-də Milli Məclisdə, mən ona Ali baş komandan da demək belə istəmirəm, Paşinyan dedi ki, biz müharibəni daha tez bitirə bilərdik: "İtki vermədən indiki vəziyyətdə qala bilərdik. Bunun üçün biz geri çəkiləli idik". Amma o bunu bilə-bilə etməyib. Düşünürəm ki, oğlumun ölümündə bir nömrəli günahkar hərbi təhsil almadan, orduda xidmət etmədən ölkənin ali baş komandanı olan baş nazir Paşinyandır.
O, öz xuntası ilə dəfələrlə təkrarlayıb ki, 2011, 2013-cü illərdə torpaqlar satılıb. Bu baxımdan sual yaranır: əgər torpaqlar satılıbsa, bəs 2018-ci ildə niyə bunu açıqlamayıb? Məhz o verdi, bizim əsgər uduzmadı”, - deyə Saakyan bildirib.

Ölən əsgərin atasının sözlərinə görə, o, Ermənistanın İstintaq Komitəsində ifadə verib və burada bir nömrəli günahkarın Paşinyanın olduğunu bildirib.




скачать dle 12.1