Bia.Az

Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri intensiv atəşə tutub

Siyasət
 18-05-2022, 13:16     280

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini intensiv atəşə tutub.



Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub.

Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.скачать dle 12.1