Bia.Az

ÜMİD QAPISI... professor İbrahim Cəfərov

Cəmiyyət
 1-05-2022, 00:04     496

Allahın insana bəxş etdiyi hər ömrün öz mənası, öz qayəsi var. Bir imtahan və sınaqla üzləşən insan ömrünün ən böyük mənası, amalı həyatda öz layiqli yerini tutmaqdır. Hər bir bəşər övladı öz istedadı, bacarıq və zəhməti sayəsində həyatda müəyyən məqama, layiq olduğu yüksəkliyə ucala bilir, ad qazanır. Zirvələr isə heç də hər kəsin deyil, yalnız ucalmaq iqtidarı bəxş edilən insanların nəsibi olur. Müqəddəs kitabımız olan “Qurani-Kərim”də deyildiyi kimi: “...Həqiqətən, nemət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edir...” (Ali-İmran surəsi, 73).

Xalqın sevgisi, elin hörməti, ehtiramı olduqca önəmli, qiymətlidir və yalnız gözəl insani keyfiyyətlərə, ali dəyərlərə malik şəxslər belə bir xoşbəxtliyə nail olurlar. Şəxsiyyətinə böyük dəyər verdiyim, varlığı ilə mənsub olduğu millətə qürur yaşadan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ömür payına məhz belə bir səadət düşmüş insanlardandır.

Özümü xoşbəxt hesab edirəm ki, professor İbrahim Cəfərov kimi insanla yaxından tanışlıq, onunla bir müddət sıx ünsiyyət saxlamaq imkanına malik olmuşam. Əqli və mənəviyyatı bir-birini yüksək səviyyədə tamamlayan, məslək və məramına xidmətdən zövq alan, zəka, təmkinlilik, ağayana əzəmət mücəssəməsi nümayiş etdirən İbrahim müəllimlə təmas insana böyük ruh yüksəkliyi, xoş əhval bəxş edir. Bu illər ərzində həmişə onun nə qədər böyk ürəyə, incə və həssas qəlbə malik olduğunun şahidiyəm. Professor İbrahim Cəfərov insanlara bacardığı köməkliyi göstərməkdən qəlb rahatlığı, könül xoşluğu tapan, mənəvi qida alan bir şəxsdir. Onun xeyirxahlığı, savab əməlləri, başçılıq etdiyi Azərbaycan Dövlət Aqrar Universitetində əvəzolunmaz fəaliyyəti haqqında həm eşitmişəm, həm də özüm şahidi olmuşam. Özü bu barədə susmağı üstün tutar. Xeyirxahlığı, nəcibliyi qanına hopan professor İbrahim Cəfərov bütün bunları özünü təbliğ etmək məqsədilə deyil, Allahın rizasını qazanmaq üçün edir. Bu onun qəlbinin dərinliklərindən gələn mənəvi tələbatdır, nəcib xislətindən doğan vacibatdir.

İbrahim müəllim unikal insandır, elmimizin, mənəviyyatımızın təəssübkeşidir, alicənabdır, xeyirxahdır, ədalətli insandır. Məntiq və sağlam düşüncəyə malik insandır. O, həyatını, varlığını Azərbaycan elminə, təhsilinə həsr edən alimdir. Onun xarakterindəki bütövlük, prinsipiallıq, zənginlik, sözü ilə əməlindəki vəhdət insana çox şey öyrədir. Hətta onunla ünsiyyət də insanı zənginləşdirir. Çox maraqlı həmsöhbətdir, söhbətlərindən zövq alırsan. Həm də gözəl natiqdir. Nitqində böyük cazibə qüvvəsi var – dəfələrlə bunun şahidi olmuşam, çox fərqli auditoriyalarda dinləmişəm onu. Eyni mövzulu, lakin dəqiq fakt və dəlilərlə zəngin, tutarlı arqumentlərə söykənən fəqli çıxışının yaratdığı alqışlar həmişə auditoriyanın yorğunluq sükutunu parçalayıb. O, hər dəfə söz mülkünün sultanı kimi çıxış edir, səmimiliyi ilə insanları ovsunlayır. Hər kəlməsində ziyalılıq, ucalıq var. Çünki bu insanın böyük ürəyi var. Və bu ürək sevgi ilə doludur. Nitqlərində elmi və mədəni mühiti eyni dərəcədə ehtiva edir. Ondan sonra çıxış edənlər üçün çətin olur... Və mənə elə gəlir ki, bu mükəmməl nitq üçün o, əvvəlcədən hazırlaşmır. Nitqindəki cazibə, ovsun, gözəllik onun daxili aləmindən, ruhundan süzülür.

Professor İbrahim Cəfərov Azərbaycan tarixinin ən gərgin müxtəlif çağlarında, xüsusən son iki ildə nümayiş etdirdiyi əsl vətəndaşlıq nümunələri, mənən sarsılmış insanlara, şəhid ailələrinin üzvlərinə, qazilərə mütəmadi olaraq göstərdiyi maddi və mənəvi köməklik, həssaslıq, diqqət heç zaman xatirimindən silinməz. Pandemiya dövründə təmsil etdiyi şəhərin rəhbərliyi ilə yaşayışı çətin olan, Qarabağ müharibəsində şəhid olmuş insanların ailələrinə, qazilərə baş çəkməyi özünün birinci dərəcəli borcu hesab etdi.

İbrahim müəllim öz sözünü mərdanə deyən, nə etmək lazım gəldiyi anda heç nədən tərəddüd etməyən cəsarətli bir insandır. O, dostluğu, yoldaşlığı bacaran, onun qədrini bilən bir ziyalıdır.

Professor İbrahim Cəfərov Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsinin təntənəsi, dövlətçilik sütunlarının daha da möhkəmlənməsi, ənənələrinin inkişafı naminə ardıcıl, qətiyyətli fəaliyyət göstərir, insanların etimadını doğruldur, etibarını və inamını qazanır.
 
O, daim insanlarla ünsiyyətdədir, hamını dinləyir, dərdinəolur, bacardığı köməkliyi əsirgəmir. ...İş axtarana iş tapar, xəstəyə dərman, ehtiyacı olana çörək verər. Qapısına gələnin problemini həll edər. Bundan məmnunluq duyar.

Siz bu yüksək nüfuzu Yaradanımızın bəxş etdiyi iman və fəzilət nuru sayəsində qazanmısınız, hörmətli Prafessor. Həqiqətən Sizə bəxş olunan bu nemət Allah-Təalanın kəramət payıdır və çox şükürlər olsun ki, bu neməti uzun illər boyu şərəf və şövkətlə daşıyırsınız. Doğrudan da, Hidayət yolu – doğru yolu tapanların nəsibi əbədi fəxarətdir. “Allah... istədiyini doğru yola salır!” (Yunis, 25).

Bu Müqəddəs Ramazan bayramı Bahar günləri ilə üstə-üstə düşür. Bu əziz gün Sizin kimi tükənməz enerji sahibi, böyük arzularla yaşayan, qəlbi daim xeyirxah əməllərlə döyünən şəxsiyyətlər üçün daha müqəddəsdir.

Hörmətli İbrahim müəllim, Sizi Müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə dünyanın ən gözəl nemətlərini arzulayıram. Üzümü Allaha tutaraq ömrünüzü uzun, həyatınızı parlaq etməsini, xalqımız və dövlətimizin mənafeyi naminə gördüyünüz bütün işlərə rəvac verməsini diləyirəm.

Müqəddəs Ramazan bayramınız mübarək!

Qoy uca Allah öz nəzərini heç zaman üzərinizdən əskik etməsin. Amin!

BİA.AZ
скачать dle 12.1