Arxiv

Oxunub:117 / 24 apr 15:18sosial

Binəqədidə ağacları kəsdilər: Qarşıdurma yarandı – VİDEO



Binəqədidə ağacları kəsdilər: Qarşıdurma yarandı – VİDEO


















Bakının Binəqədi rayonu ərazisində şirkət tərəfindən ağacların kütləvi şəkildə kəsilməsi sakinlərlə qarşıdurmya səbəb olub.

Azxeber.com xəbər verir ki, bu sözləri paytaxt sakini Tural Yusibov qafqazinfo-ya şikayəti zamanı deyib.

O bildirib ki, artıq Binəqədi rayonu Mir Cəlal Paşayev küçəsində yerləşən parkda ağaclar kəsilib, tikinti işləri aparılır: "Park ərazisi su hövzəsinə 5-6 metr yaxın olduğu üçün burada hər hansı bir tikinti işlərinin aparılması qadağan olunub. Ancaq indi "Kristal-F” şirkəti saxta sənədlərlə parkın yerində yüksəkmərtəbəli bina tikməyə hazırlaşır.

Sözügedən ərazidə yeganə bir park var, onu da söküb yerində bina tikirlər. Məsələ ilə bağlı Prezident Apratında, İcra Hakimiyyətində olduq. Ondan sonra müvəqqəti iş dayansa da, yenə iş başladı. Şirkət parkın bir balaca hissəsini təmir edir ki, sakinlər razı qalsın.

Sakinlərdən 3 nəfəri İcra Hakimiyyətinə çağırdılar ki, şirkətlə danışığa gəlin. Biz də onlara izah etdik ki, bu, həyatımız üçün təhlükədir və saxta sənəd hazırlanıb. Bu dəfə də 150-dən çox imza toplayıb yenidən Prokurorluğa və digər instansiyalara müraciət edəsiyik”.

Şikayətçi onu da qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da hadisə yerində olub: "Orada 50-60-dan çox ağac kəsilib. Keçən il həmin parkı gizlin sökmək istədilər, 4 ədəd 30 ilin şamı kəsildi. Əlbəyaxa dava oldu, bir az sakitləşmişdilər. Ötən həftə də sakinlər aksiya etdi, yenə də bu qanunsuzluq davam edir”.