Göyçayda məhkəmə sədri qanunları özünə işlədir - ŞİKAYƏT » Beynəlxalq İnformasiya Agentliyi
Arxiv

Oxunub:249 / 24 apr 09:21gundem, bolge

Göyçayda məhkəmə sədri qanunları özünə işlədir - ŞİKAYƏT



Göyçayda məhkəmə sədri qanunları özünə işlədir - ŞİKAYƏT
















Göyçay rayonu Yeniarx kənd sakini Kərimov Sahib Qulu oğlu tərfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Məktubda deyilir:

"Göyçay rayonu Yeniarx kənd ərazisində torpaq sahələrini Göyçay rayon məhkəməsinin sədri Fərhad Əfəndiyev qanunsuz yolla saxta məhkəmə qətnamələri ilə ələ keçirib.Məhkəmə sədri həmin torpaq sahələrini köməkçisi Bəxtiyar Qəhramanovun atası Vaqif Qəhramanovun adına sənədləşdirib.Həmin torpaq sahəsində 3 böyük göl salınıb balıq yetişdirilir , torpaq sahələri əkdirilib.Kənd camaatına su zülmü yaşadan məhkəmə sədri Fərhad Əfəndiyevin gölünə və əkin sahələrinə görə bütün kəndin suyu kəsilib.Həttda 2016-cı il tarixdə məhkəmə sədri Fərhad Əfəndiyevin əkin sahələrinə suyun gec verilməsi üzündən qarğıdalı sahələri məhv olduğundan 38 000 manat ziyan dəymişdir.Buna görə məhkəmə sədri Yeniarx bələdiyyəsinin sədri Əbülfət Əliyevi cəzalandırdı.Ona qarşı sifarişlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178 və 179-cu maddələri ilə cinayət işi başladılıb özü çıxardığı hökmlə bələdiyyə sədrini məhkum etdi.Əkin sahəsinə dəymiş 38.000 manat ziyan isə işə ciddi yanaşmadığı üçün köməkçisi Bəxtiyar Qəhramanov tərəfindən ödənilmişdir.Bəxtiyar Qəhramanov özü və anası buna görə bankdan kredit götürüb məhkəmə sədri Fərhad Əfəndiyevə ödəməli olmuşdular".

Göyçayda məhkəmə sədri qanunları özünə işlədir - ŞİKAYƏT


Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Qeyd edim ki, Göyçay rayon məhkəməsinin sədri Fərhad Əfəndiyev Yeniarx kənd sakinlərindən pay torpaq sahələrini alan zaman saxta məhkəmə qətnamələri çıxarmışdır.Hansı ki, həmin torpaq aktlarında adları olan vərəsələrin bundan xəbəri olmayıb.Fərhad Əfəndiyev 2007-2012-ci illərdə Mingəçevir şəhər məhkəməsinin sədri vəzifəsində işləyən zaman orda da böyük biznes qurub.Mingəçevir şəhərində böyük çörəkbişirmə və pivə zavodları hazırda fəaliyyətdədir ki, onlarıda məhkəmə köməkçisi Bəxtiyar Qəhramanov idarə edir.Əslində isə Bəxtiyar Qəhramanov Göyçay rayon məhkəməsində arxiv işçisidir. Ancaq tam qanunsuz olaraq məhkəmə iclaslarında katiblik edir.Bunu subut etmək çox sadə və asandır.

Belə ki, Fərhad Əfəndiyevin sədrliyi ilə çıxarılmış məhkəmə qətnamələrində katib kimi Samir Məmmədovun adı qeyd edilsədə həmin işlərdə Bəxtiyar Qəhramanov katib kimi işə çıxmışdır ki, bunu müşahidə kameralarının yaddaşına baxıb görmək olar.Bu tam qanunsuzluqdur ki, Fərhad Əfəndiyev yol verir.Göyçay rayon məhkəməsinin sədri Fərhad Əfəndiyev əslində biznesmen kimi tanınır.Bu isə cinayətdir ki, ortada konkter subutlar var.Yeniarx kəndi bu biznesmen hakimin su zülmünə görə çox əziyyət çəkir.Mərkəzi orqanlardan kömək istəyirik. Xahiş edirik bu biznesmen məhkəmə sədri barədə yoxlamaya başlayıb təcili tədbirlər görəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...