Bia.Az

GMO TƏHLÜKƏSİ REALDIR... - AQTA hansı məsuliyyətin altına girdiyinin fərqindədirmi?

---
 19-04-2022, 15:38     240

AKTUAL MÖVZUDA SƏMİMİ SÖHBƏT  - II YAZI 
(Birinci yazı burada )

KİV-in xəbər verdiyi kimi, parlamentin aprelin 12-də keçirilən iclasında «Qida təhlükəsizliyi haqında» qanun layihəsi 2-ci oxunuşda qəbul olunub.
Layihədə insanların sağlamlığı, qida və yem təyinatlı məhsulların insan sağlamlığı üçün təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulub - sanki! Amma əfsuslar olsun ki, bu layihədə yer almış bəzi nüanslar ictimaiyət daxilində birmənalı qarşılanmır, hətta haqlı narazılığa səbəb olur. Bunun da kifayət qədər əsası var. 
Məsələn, layihənin 13-cü maddəsində göstərilir ki, tərkiində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) olan yem məhsullarının Azərbaycanda istehsalı, emalı və dövriyyəsinə icazə verilsin. Sənəddə qeyd olunub ki, GMO-lu məhsullar müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurum tərəfindən qeydiyyata alındıqdan sonra istifadə edilə bilər. 
Buradaca qeyd etmək istəyirəm: qeydiyyata alındı və ya alınmadı, insan sağlamlığı üçün ən azı, təhlükəsiz olmasına heç kimin zəmanət vermədiyi (verə bilmədiyi) bir nəsnədən istifadə edilməsi mahiyyət etirbarilə cinayət deyil, bəs nədir?!
Təhlükə realdır
Bu məqamda nəzərə almaq lazımdır ki, genləri dəyişdirilmiş orqanizmlərin - gen mühəndisiyi yolu ilə istehsal olunmuş orqanizmlərin insan sağlamlığı üçün təhlükə mənbəyi olması barədə artıq kiyayət qədər elmi-təcrübi dəlillər var. Misal olaraq Rusiya Elmlər Akademiyasının aparıcı elmi işçisi İrina Yermakovanın təcrübələrinin nəticələrini göstərmək olar. GMO-nun insan sağlamlığı üçün təhlükəli olması Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də təsdiq olunub. 

Təşkilatın apardığı araşdırmaların nəticəsində məlum olub ki, GMO-dan geniş istifadəyə başlandığı 1995-ci ildən dünyada diabet və xərçəng kimi xəstəliklərin yayılma sayında ciddi artım qeydə alınıb. Fəqət, bunlar da azdır. Son bir neçə ildə dünyanı sarmış Covid-19 pandemiyasını nəzərdən qaçırmaq olmaz. Qeyd etməliyəm ki, günümüzə qədər dünya elmi hələ ki, Covid-19 virusunun mənşəyi barədə qəti fikir söyləyə bilməyib. Amma bu xəstəliyin GMO ilə əlaqəli olması barədə kifayət qədər şübhələr var ki, dünya elmi bu şəbhələr barədə danışmaqdan sadəcə, qorxur. Kimdən və nədər qorxur? - sualına cavab axtarmağa isə zənnimcə, dəyər…
Hələ təxminən ilyarım bundan əvvəl Covid-19 epidemiyası (pandemiyası) və GMO arasında əlaqənin olması barədə şübhələrimi qələmə alıb,
“AzPolitka.info” saytında dərc etdirmişəm (AKTUAL MOVZUDA SƏMİMİ SOHBƏT - COVID-19 virusunun mənşəyi barədə dunya elmi niyə susur? Dərc olunub: 11/07/2020), amma müəyyən səbəblərdən dolayı yazı tamamlanmamış qalıb. İndi GMO mövzusunun təkrar gündəmə çevrilməsi mənim mövzuya qayıtmağıma səbəb oldu…
Yazının sonunda yazmışdım: «Virusun mənşəyi barədə yayılan son məlumatda deyilir ki, kərtənkələ virusu uzun müddət insanların orqanizmində mutasiya prosesinə məruz qalıb və indi hansısa təbii amilin təsiri altında «oyanıb». Belədə, düşünməli oluruq - həmin amil nədən ibarət ola bilər?»
Yeni herbsid - «Dikamba»
2015-ci ilin yayında (iyul) xəbər verilib ki, «Monsanto» şirkəti (dünyada GMO istehsalı üzrə nəhəng transmilli şirkət, ABŞ) özünün mübahisəli herbsidi «Raundap»ı başqa təhləkəli kimyəvi maddə, DİKAMBA adlı herbsidlə əvəz edəcək

"Monsanto" şirkəti onunla məşhurdur ki, genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) nəhəng tədarükçüsü və həm də hamıya məlum olan "Raundap" herbsidinin istehsalçısıdır. Bu herbsid GMO ilə tandemdə istifadə olunub. O zaman xərçəngin öyrənilməsi üzrə Beynəlxalq Agentlik (ÜST) elan edib ki, qlifosat - "Raundap"ın əsas komponenti konserogendir! 
Tədqiqatlara dair hesabat kifayət qədər nümayiş etdirib ki, bu maddə heyvanlarda xərçəng əmələ gətirir! Çoxsaylı hesabatlara əsasən, Monsanto şirkəti yaxşı bilib ki, bu kimyəvi maddə canlılarda xərçəng əmələ gətirir, amma UZUN İLLƏR BOYU ONU SATMAQDA DAVAM EDİB. O zaman «Röyter» agentliyi xəbər vermişdi ki, indi "Monsanto" istehsal obyektinə milyard dollardan artıq vəsait yatırır - bu müəssisə dikamba herbsidinin istehsalını işə salacaq, güman ki, o, qlifosatı (Raundap) əvəz edəcək. Ancaq tədqiqatlar göstərir ki, "Dikamba"nın təsiri ağ ciyərin xərçəngi və yoğun bağırsağın xərçəngi ehtimalını artırır. Bundan başqa, məlumat var ki, bu herbsidin sinergetik effekti "Raundap"dan daha güclüdür. Mütəxəssislər həm də xəbər verirlər ki, "Raundap"da olduğu kimi, yeni herbsidlə də necə deyərlər, bu kimyəvi maddənin təsirinə davamlı superalaq otları meydana gələcək.


Belədə, Covid-19 koronavirusunun mənşəyi mövzusunda səsləndirilən şübhəni bir daha təkrarlamaq ehtiyacı yaranır: «Virusun mənşəyi barədə yayılan son məlumatda deyilir ki, kərtənkələ virusu uzun müddət insanların orqanizmində mutasiya prosesinə məruz qalıb və indi hansısa təbii amilin təsiri altında «oyanıb». Belədə, düşünməli oluruq - həmin amil nədən ibarət ola bilər?»
Həzarat, bu amil «Monsanto»nun yeni herbsidi «DİKAMBA» deyil, bəs nədir?
Beləliklə, düşündürücüdür, koronavirus pandemiyasının səbəbkarı və pandemiya cinayətinin təqsirkarı «Monsanto» bu qədər cücü haradan alır ki, dünya «koronavirus» tapmacasının əlində əsir-yesir qalıb?!
«Monsanto»nun vəkilləri
Belə qlobal miqyaslı korporasiya praktki olaraq, müasir dünyada layiqli rəqib tanımır. «Monsanto»nun vəkilləri vəkil praktikasının elə yüksək ixtisasına və geniş iş təcrübəsinə malikdirlər ki, hətta ən səs-küylü işləri və kollektiv iddiaları udurlar, baxmayraq ki, bu biokimya nəhənginin fəaliyyətinə dair qalaq-qalaq iddia qovluğu toplanır.

Bundan başqa, korporasiya ayrı-ayrı ştatların və bütöv ölkələrin siyasi inkişaf oryentasiyasına kifayət qədər təsir göstərir və bu zaman hər dəfə liderlik edən partiyaları və namizədləri seçir. Prosesdə təşkilat öz gücünə həm də bu səbəbdən əmindir ki, hökumətlərdə vəzifələrin bir hissəsini məhz korporasiyanın irəli sürdüyü şəxslər tuturlar. Bu səbəbdən təşkilatın yatırımlarının nəhəngliyini və belə layihələrin rəhbərlərinin hakimiyyət səviyyəsini təsəvvür etmək olar, əgər:
- Klarens Tomas - şirkətin hüquqşünaslarından biridir, Corc Buşun (ata) özü tərəfindən ömürlük ali məhkəmə hakimi vəzifəsinə təyin olunub;
- Ann Veneman, «Monsanto»nun törəmə müəssisənin direktorlar şurasının keçmiş üzvü, sonralar ABŞ-ın kənd təsərrüfatı naziri, sonra isə UNİSEF-in icracı direktoru;
- Linda Fişer, Ətraf mühitin qorurması Federal Agentliyinin direktor müavini, buna qədər bir neçə il korporasiyanın hökumətlə və ictimaiyyətlə əlaqələri üzrə vitse-prezidenti olduğunu reklam etmir...
Mirzə AĞскачать dle 12.1