Bia.Az

“Məni Mariupolun müdafiəçilərilə dəyişin” - Medvedçuk Putinlə Zelenskiyə müraciət etdi + VİDEO

Siyasət
 18-04-2022, 15:51     188

Ukrayna xüsusi xidmət orqanları tərəfindən həbs olunan Putinin “kirvəsi”, qızının “xaç atası” və Ukraynanın rusiyameylli “5-ci kolon”unun əsas fiquru sayılan, vətənə xəyanət maddəsilə ittiham olunan və Ukraynadan qaçmaq istəyərkən yaxalanan Viktor Medvedçuk Putinə və Ukrayna Prezidenti Volodimir Zelenskiyə videomüraciət ünvanlayıb.

“AzPolitika.info” xəbər verir ki, qısa müraciətində Medvedçuk Moskvaya təhvil verilməsini istəyib. O, xahiş edib ki, Mariupolda mühasirədə qalan ukraynalı döyüşçülərlə və yerli əhalilə dəyişdirilsin: “Ukrayna tərəfinin məni Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişməsini xahişı edirəm. Hansı ki, onlar bu gün orada yerləşirlər və humanitar dəhliz vasitəsilə təhlükəsiz çıxış imkanına malik deyillər”.




скачать dle 12.1