Bia.Az

Şikayətci Nazir Muxtar Babayevə müraciət etdi - Yəqin ki, Hikmət Əlizadənin öhtəsindən gələn tapılacaq

Sosial
 5-04-2022, 16:14     354

İsmayıllının Qurbanəfəndi kənd sakini Ceyhun Ələddin oğlu Qurbanov QAYNAR MEDİA-ya müraciət edərək bildirir ki, İsmayıllı meşələrində "yaşıl soyqırımı" barədə mətbuata şikayət etdikdən sonra 6 saylı Pegional Ekologiya İdarəsinin rəisi Akif Məmmədov tərəfindən təziqlərə məruz qalıb:

"Mənim şikayətlərim ictimailəşdikdən sonra 6 saylı Pegional Ekologiya İdarəsinin rəisi Akif Məmmədov tərəfindən təziqlərə məruz qalmışam. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə də məlumat vermişəm. Qeyd edim ki, mənim mətbuata verdiyim video-şikayətim barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oktay adlı şəxs rayona yoxlamaya gəlməli idi. Neçə gündür ki, məni aldadır ki, bu gün gəlirəm, ay indi gəlirəm. Mən örgəndim ki, bu adam Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin işçisidir, ən yaxın adamıdır və ona görə də məni neçə gündür ki aldadır".

Sonda şikayətci Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə müraciət edərək bildirir ki, bax, bu fırıldaqcılar məni alldatdıgı kimi cənab naziri də aldadır: "Cənab Nazir, bu həftənin 5-ci günü Prezident adminstrasyasında cənab Fuad Ələsgərovun qəbulunda olacagam. Yəqin ki, Hikmət Əlizadənin öhtəsindən gələn tapılacaq."



BİA.AZ
скачать dle 12.1