Bia.Az

Naftalanda Novruz bayramı ərəfəsində bayram sovqatları paylanıldı - FOTO

Siyasət
 22-03-2022, 19:46     444

Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən Novruz bayramı münasibətilə Naftalan şəhərində şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə bayram sovqatı paylanıldı.

“Yeni Gündəm”in məlumatına görə, sovqatların ailələrə çatdırılmasında Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov və Naftalan şəhər İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şəmsəddin Həsənov iştirak edib.

Bayram sovqatı alan ailələr də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.









скачать dle 12.1