Bia.Az

RUS AVİABAZASINA ZƏRBƏ ENDİRİLİB – Ən azı 7 helikopter məhv edilib (FOTO)

Gündəm
 16-03-2022, 14:50     288

Martın 15-də Xerson yaxınlığındakı Çernobaevka aviabazasında Rusiya aviasiyasına ağır zərbə endirilib.

"AzPolitika.info" info xəbər verir ki, bu barədə tanınmış ukraynalı hərbi bloqer Yuri Butusov "Facebook" səhifəsində informasiya və fotolar paylaşıb.

"Ukrayna artilleriyası Nikolaev, Odessa və digər şəhərləri bombalayan Rusiya helikopterlərinin bazasına effektli zərbə endirdi. Ruslar Ukrayna Silahlı Qüvvələrinin bu aviabazaya çatmaq və hədəfi dəqiqliklə vuracağını proqnozlaşdırmırdılar. Hücum zamanı ehtimal olunan başqa itkiləri nəzərə almadan dəyəri 130 milyon dollardan çox olan ən azı yeddi rus helikopteri məhv edilib", - Butosov qeyd edib.






скачать dle 12.1