Bia.Az

Kiyevdəki son durum açıqlanıb

Dünya
 28-02-2022, 11:39     247

Ukraynanın paytaxtı Kiyevin müdafiə komandiri, general-polkovnik Aleksandr Sirski şəhərdəki son vəziyyəti açıqlayıb.

“Report”un xəbərinə görə, o bildirib ki, Rusiya qoşunlarının Kiyevin müdafiəsini yarmaq cəhdləri davam edir.

“Qarşı tərəfin bütün hərəkətləri nəzarət altındadır, vaxtında qərarlar qəbul edilib. Paytaxtda durum nəzarət altındadır. Rusiyanın bütün cəhdləri uğursuz olub, texnikaları məhv edilib. Rusiya ciddi itkilər verib, qoşunu demorilizə olunub. Biz göstərdik ki, evimizi çağırılmamış qonaqlardan müdafiə edə bilirik”, - general-polkovnik vurğulayıb.скачать dle 12.1