Bia.Az

RUSİYA UKRAYNANIN DƏNİZƏ ÇIXIŞINI BLOKLAYIR - "Bu, gözlənilən hücumuna hazırlıqdır"

Gündəm
 10-02-2022, 15:10     263

Rusiya fevralın 13-dən 19-na qədər Qara dəniz və Azov dənizinin bir hissəsini bağlayır. Rəsmi səbəb həmin tarixdə keçiriləcək raket və artilleriya təlimləridir.

Lakin təlim adı altında bağlanan rayonlar Ukraynanın dənizə çıxışını faktiki olaraq tam bloklayır, istisna deyil ki, bu addım Rusiyanın Ukrayna üzərinə gözlənilən hücumuna hazırlıqdır.

BlackSeaNews resursunun baş redaktoru Andrey Klimenko bildirir ki, Kremlin hərəkətləri Ukrayna limanlarının bloklanmasına çox bənzəyir. Hansı ki, ekspertlər bu ssenarini əvvəlcədən proqnozlaşdırırdılar. Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin raket kreyserləri və desant gəmiləri Qara dənizə cəmləşdirilib, Azov dənizinə isə desant qrupları daşıyan sürətli katerlər göndərilib. Rusiya Müdafiə Nazirliyi Qara dənizdə və Azov dənizində genişmiqyaslı hərbi dəniz təlimlərinin başlayacağını elan edib. Paralel olaraq Belarus ərazisində də Rusiya ilə birgə irimiqyaslı təlimlər keçirilməkdədir. Bu təlimlərdə gəmilər əleyhinə raketlər də tətbiq ediləcək.

Təlimlər adı altında Qara dənizdə bağlanan zonalar Ukrayna gəmilərinin Kerç körfəzinə çıxışını bloklayır və habelə dənizin Ukrayna ərazi sularının böyük hissəsində gəmilərin hərəkətini məhdudlaşdırır. Beynəlxalq qaydalara görə dəniz təlimləri keçirilən ölkələr əvvəlcədən xüsusi xəbərdarlıq yayaraq gəmilərin hərəkəti üçün təhlükəli zonaları elan edir. Rusiya tərəfinin təhlükəli zonalara dair elan etdiyi xəritəyə əsasən mülki gəmilərin hərəkəti üçün də heç bir dəhliz nəzərdə tutulmayıb. Bu isə total dəniz blokadası deməkdir və son 8 ildə belə hal baş verməmişdi.скачать dle 12.1