Bia.Az

Media qanunu imzalandı

Siyasət
 9-02-2022, 11:31     208

Fevralın 8-də prezident İlham Əliyev “Media haqqında” qanun layihəsini imzalayaraq onun tətbiqinə fərman verib.

2021-ci il dekabrın 10-da üzə çıxmış layihə Milli Məclisin son oxunuşundan dekabrın 30-da keçmişdi.

Yerli və xarici tənqidçilər media qanunu layihəsinin geniş və məzmunlu məsləhətləşmələr aparılmadan qəbul edilməsindən narahatlıq ifadə edirdi. Onların fikrincə, layihə insan hüquqları, ifadə azadlığı və kütləvi informasiya vasitələri azadlığı sahəsində beynəlxalq standartlara uyğun deyil, media sahəsini və jurnalist peşəsini həddindən artıq çox tənzimləyir, hakimiyyət orqanlarına lisenziyalaşdırma yolu ilə jurnalistlərin işini məhdudlaşdırmaq səlahiyyəti verir, həmçinin media şirkətlərinin və təşkilatlarının maliyyə fəaliyyətinə, hüquqi fəaliyyətinə və əməliyyat fəaliyyətinə məhdudiyyətlər tətbiq etməyə yol açır.
Qanunun tətbiqinə dair prezident fərmanında Nazirlər Kabinetinə qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini iki ay müddətində, Media Reyestrinin aparılması qaydalarının layihəsini üç ay müddətində hazırlamaq tapşırılıb.
Başqa bir fərmanla Medianın İnkişafı Agentliyi çap mediası və onlayn media subyektlərinə xəbərdarlıq etmək, habelə onların fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, eləcə də həmin subyektlərin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmaq; Media Reyestrini formalaşdırmaq, aparmaq, idarə etmək; Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək və başqa səlahiyyətlər alıb.скачать dle 12.1