Bia.Az

Şahmat üzrə İddiaçılar Turniri yarımçıq dayandırıldı

Gündəm
 26-03-2020, 18:00     305

Şahmat üzrə İddiaçılar Turniri yarımçıq dayandırıldıRusiyanın Yekaterinburq şəhərindəki şahmat üzrə İddiaçılar Turniri dayandırılıb.

"bia.az"in məlumatına görə, buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub.

Turnirin VIII turdan davam etdiriləcəyi açıqlanıb. Bərpa tarixi isə hələ məlum deyil.

7 turdan sonra fransalı Maksim Vaşye-Laqvar və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür. Vaşye-Laqrav yarışdan koronavirusa görə imtina etmiş Azərbaycan təmsilçisi Teymur Rəcəbovu əvəzləmişdi.

Qeyd edək ki, Rusiya Federasiyası martın 27-dən öz vətəndaşlarının çağırışı üçün reyslər istisna olmaqla, beynəlxalq uçuşları dayandıracaq.скачать dle 12.1