Bia.Az

“Xızı-Abşeron”un təməli qoyulub

Gündəm
 14-01-2022, 09:58     264

Yanvarın 13-ü Bakıda Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda inşa edəcəyi “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulub. AZƏRTAC xəbər verir ki, mərasimə qatılan prezident İlham Əliyev çıxış edib.

Dövlət başçısı stansiyanın Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyini vurğulayıb:

“Bu stansiya Azərbaycanda bərpa olunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq. Onun istehsal gücü 240 meqavatdır və həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda çoxlu iş yerinin yaradılmasına səbəb olacaq. Həmçinin bizim təbii qaza qənaət planlarımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaq”.скачать dle 12.1