Bia.Az

MAHMUDOVUN DƏSTƏSİNİN ÜZVÜ VƏKİLLƏR KOLLEGİYASINDA - Vəkil vəsiqəsi verilən Yasin Məmmədov kimdir?

Cəmiyyət
 4-01-2022, 16:48     361

Azərbaycan Respublikası Cinayət Məcəlləsi 182.3.1. - hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə; 182.3.2. - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə; 311. rüşvət alma, 311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 311.3.2. təkrar törədildikdə; 311.3.3. külli miqdarda törədildikdə; 311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə; 341. – vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma 341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə; 341.2.3. ağır nəticələrə səbəb olduqda...

“AzPolitika.info” xəbər verir ki, bunlar məşhur “MTN işi” üzrə istintaqa cəlb olunan, Eldar Mahmudovun bandasının üzvlərindən biri hesab edilən, ləğv olunmuş MTN-in İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi vəzifəsini daşımış, barəsində zərərçəkmişlərin saysız-hesabsız şikayətləri, ifadələri olan, ümumilikdə onlara 10 milyon manatdan artıq ziyan vurduğu bildirilən Yasin Məmmədova qarşı irəli sürülən rəsmi ittihamlardır.
Ancaq maraqlıdır ki, bütün yuxarıda qeyd edilənlər Yasin Məmmədovun rəsmən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzv qəbul olunmasına mane olmayıb. Belə ki, mətbuatda və sosial şəbəkəlrdə dərc edilən məlumatdan və fotolardan aydın olur ki, Yasin Məmmədov təxminən bir həftə əvvəl – dekabrın 26-da Vəkillər Kollegiyasına üzv qəbul olunub və vəkil vəsiqəsi alıb.

Natiq MəmmədovƏTRAFLIBosch Home
Məlumat üçün bildirək ki, Y.Məmmədov 2018-ci ilə qədər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini olmuş Natiq Məmmədovun qardaşıdır. Onun indiyə qədər azadlıqda qalmasını da mətbuatda bununla əlaqələndirirlər.
Təkcə onu qeyd etmək kifayətdir ki, Y.Məmmədovun cəlb olunduğu epizodlardan biri üzrə, onun istintaqa cəlb etdiyi zərər çəkmiş şəxs – Cahangir Məmmədov MTN bandası tərəfindən üzləşdiyi təzyiq və təhdidlərə dözməyərək, özünü öldürüb...
“MTN işi” ilə bağlı ittihamın Yasin Məmmədova aid hissəsində onun vətəndaşlar - İbrahim Zeynalovdan 10 milyon dollar, Rauf Həsənovdan 300 min dollar, Orxan Abdullayevdən 50 min manat, Sərdar İsmayılovdan 55 min dollar və s. alaraq, mütəşəkkil cinayətkar dəstənin üzvləri arasında bölüşdürdüyü qeyd olunur. Bunlar təbii ki, tam siyahı sayıla bilməz, ancaq hər halda, yeni vəkilin tərcümeyi-halı üçün mühüm məqamlardır...
Əslində, Azərbaycanda məhkəmə-hüquq sisteminin hansı acınacaqlı vəziyyətdə olduğunu xüsusi vurğulamağa yəqin ki, ehtiyac yoxdur. Çoxlu sayda vətəndaşa, sahibkara ziyan vurması, hədə-qorxu gəlməsi, rüşvət tələb etməsi və s. ittihamlarla hazırda məhkəmə qarşısına çıxarılan, MTN çətəsinin fəal üzvlərindən biri sayılan şəxsin Vəkillər Kollegiyasına təyinatı, bundan sonra vəkil kimi fəaliyyət göstərməsi də bu durumun ağırlığını bir daha ortaya qoyur...
Y.Məmmədovun təyinatının Vəkillər Kollegiyasının reputasiyasına necə təsir edəcəyinə gəldikdə isə yəqin ki, bunu sözügedən qurumun rəhbərliyi hamıdan yaxşı bilir...скачать dle 12.1