Bia.Az

MDB sammitində

İqtisadiyyat
 29-12-2021, 12:45     628

Dekabrın 28-i Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi liderlərinin qeyri-rəsmi görüşü keçirilib. Azərbaycan prezidenti İlham Əliyevin iştirak etdiyi sammitə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev, həmin ölkənin birinci prezidenti, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayev, Özbəkistan prezidenti Şövkət Mirziyayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti İmaməli Rəhman, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Ermənistanın baş naziri Nikol Paşinyan da qatılıblar. İclasın açıq hissəsində koronavirus pandemiyası ilə mübarizə məsələsi müzakirə olunub, Rusiyanın baş sanitar həkimi bu barədə çıxış edərək sualları cavablandırıb.

MDB-nin əsası Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 8 dekabr 1991-ci ildə imzaladığı sazişlə qoyulub.
21 dekabr 1991-ci ildə Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan sazişi imzalayaraq MDB-yə qoşulublar.

1993-cü il dekabrın 9-da Gürcüstan da MDB-yə daxil olub.

Rusiyanın hərbi təcavüzünə məruz qalan Gürcüstan 2009-cu ildə MDB-dən ayrılıb, Ukrayna eyni səbəbdən 2014-cü ildən başlayaraq qurumda iştirakını dayandırıb.скачать dle 12.1