Bia.Az

İPOTEKA FONDUNUN ADINDAN DƏLƏDUZLUQ – Cinayətkar şəbəkə məhkəmə qarşısına çıxarılıb (FOTO)

Cəmiyyət
 21-12-2021, 18:40     697

Xətai Rayon Məhkəməsində İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil layihəsindən sonradan satmaq öhdəliyi ilə mənzil təşkil edəcəkləri vədilə vətəndaşlara qarşı külli miqdarda dələduzluq etmiş şəxslərin məhkəməsi başlayıb.

"AzPolitika.info" xəbər verir ki, dələduzluqda ittiham olunan şəbəkənin üzvləri – “NBC Bank”ın keçmiş əməkdaşı Ağalarov Vüqar Zakir oğlu, Feyziyev Fəqan Xudam oğlu və Vəliyeva Elnarə Oqtay qızı hakim qarşısına çıxarılıblar. Onlar Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, və 178.2.4 -cü maddələri ilə mühakimə edilirlər. 

Sözügedən cinayətkar dəstə zərərçəkən vətəndaşların şikayətləri əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən ifşa olunub. BŞPİ-nin İstintaq və Təhqiqat İdarəsində aparılmış istintaqın sonunda şəbəkəyə qarşı rəsmi ittiham irəli sürülüb.

 Təqsirləndirilənlərdən Feyziyev Fəqan Xudam oğlu barəsində 19 oktyabr 2021-ci il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən həbs qətimkan, digərləri barəsində isə başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib.



Aparılmış istintaqla müəyyən edilib ki, “NBC Bank”ın keçmiş əməkdaşı Ağalarov Vüqar Zakir oğlu özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Feyziyev Fəqan Xudam oğlu, Vəliyeva Elnarə Oqtay qızı və qeyrilərilə ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib cinayət əlaqəsinə girərək faktiki olaraq heç bir səlahiyyəti olmadığı halda sonradan satmaq öhdəliyi ilə İpoteka və Kredit Zəmanət Fondunun xəttilə kirayə mənzil təşkil edə biləcəklərinə dair yalan məlumatları “yeniemlak.az” saytında yerləşdirib. Bu elanla tanış olub, şərtləri məqbul sayaraq müraciət edən vətəndaşları aldadan dələduz dəstə onminlərlə manat özgə əmlakını ələ keçirərək öz aralarında bölüb. Vətəndaşlar aldadıldıqlarını bildikdən sonra polisə şikayət ediblər.

Xətai Rayon Məhkəməsinin hakimi Fərid Yaqubovun sədrliyi ilə baxılan işdə 3 nəfər zərərçəkən qismində tanınıb. Onlara vurulan ümumi zərər 50 min manatdan artıqdır. Dəstənin qurbanlarının sayı isə daha çoxdur.скачать dle 12.1