Bia.Az

Nəsimi rayonundakı Mənzil İstismar Sahələri əməkdaşlarından fədəkar addımlar

Siyasət
 26-03-2020, 11:36     410

Nəsimi rayonundakı Mənzil İstismar Sahələri əməkdaşlarından fədəkar addımlarRespublikamızın hər bir ərazisində olduğu kmi, bu gün Bakı şəhəri, Nəsimi rayonu ərazisində də mütəmadi olaraq həyata keçirilən genişmiqyaslı tədbirlər sırasında, ərazinin sanitar vəziyyətinin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsinə xüsusi diqqət yetirilir. Koronavirus (COVİD-19) infeksiyasının Nəsimi rayonu ərazisində yarada biləcəyi təhlükənin, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, o cümlədən rayon ərazisində yerləşən bütün idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində, fərdi yaşayış evlərinin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə,​ hal-hazırda genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.

​ ​ ​ Həmçinin, rayonun konteyner meydançalarında yoluxucu xəstəliklərin profilaktikası məqsədilə gəmiricilərə, həşəratlara və xəstəlik törədən mikroorqanizmlərə qarşı kütləvi deratizasiya, dezinseksiya və dezinfeksiya işləri aparılır. Bütün işlər Səhiyyə Nazirliyinin dezinfeksiya tədbirləri barədə əmrinə əsasən, müvafiq kimyəvi preparatlarla həyata keçirilir. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam şəkildə əməl olunur. Bu sırada rayonun 31 və 23 saylı Mənzil İstismar Sahələrinin əməkdaşları daha nümunəvilik nümayiş etdirirlər. Əslində belə bir addımın atılması, birbaşa cənab Prezidentin ölkə əhalisinin təhlükəsizliyinin təmin olunması yöndə etdiyi çağırışa verilən dəstəkdir. Odur ki, biz də KİV nümayəndəsi olaraq 31 və 23 saylı Mənzil İstismar Sahələrinin əməkdaşlarına atdıqları belə bir addımlara görə uğurlar diləyib, ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərindən üzüağ, alnıaçıq çıxmasını arzu edirik. O halın varlığını da qeyd edək ki, cənab Prezidentin çağırışı və birbaşa nəzarəti altında ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirləri, inanırıq ki, çox yaxın vaxtlarda xalqımızı belə bir bəladan xilas olmağa imkan verəcək.

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Rasafil Bayramov

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​İctimai Xəbər Agentliyinin rəhbəri

Nəsimi rayonundakı Mənzil İstismar Sahələri əməkdaşlarından fədəkar addımlar
Nəsimi rayonundakı Mənzil İstismar Sahələri əməkdaşlarından fədəkar addımlar
Nəsimi rayonundakı Mənzil İstismar Sahələri əməkdaşlarından fədəkar addımlar
Nəsimi rayonundakı Mənzil İstismar Sahələri əməkdaşlarından fədəkar addımlar
Nəsimi rayonundakı Mənzil İstismar Sahələri əməkdaşlarından fədəkar addımlar
Nəsimi rayonundakı Mənzil İstismar Sahələri əməkdaşlarından fədəkar addımlar
Nəsimi rayonundakı Mənzil İstismar Sahələri əməkdaşlarından fədəkar addımlar
скачать dle 12.1