Bia.Az

2022-ci ilin iş və istirahət təqvimi

Sosial
 20-12-2021, 12:54     883

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimini təsdiqləyib. Rəsmi açıqlamada qeyd olunur ki, 2022-ci ildə beşgünlük iş həftəsində 241 iş günü, iş günü hesab edilməyən 104 istirahət günü, iş günü hesab edilməyən 19 bayram, 1 hüzn günü var.

İş günü olmayan bayram günləri təqvimdə belə sıralanır: Yeni il (1-2 yanvar), Qadınlar Günü (8 mart), Novruz bayramı (20-24 mart), Ramazan bayramı (2-3 may), Qələbə Günü (9 may), Müstəqillik Günü (28 may), Milli Qurtuluş Günü (15 iyun), Silahlı Qüvvələr Günü (26 iyun), Qurban bayramı (9-10 iyul), Zəfər Günü (8 noyabr), Dövlət Bayrağı Günü (9 noyabr), Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü (31 dekabr).


Əmək Məcəlləsinə görə, şənbə və bazar iş günü hesab olunmayan bayram günü ilə üst-üstə düşəndə həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. 2022-ci ildə bu qayda əsasında beşgünlük iş həftəsində 3, 4 yanvar, 25 mart, 30 may, 27 iyun, 11, 12 iyul, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart, 27 iyun, 11 iyul istirahət günləridir.


Yanvarın 20-si Ümumxalq Hüzn Günüdür, iş günü deyil.


Novator.az bildirir ki, Azərbaycanda iş günü sayılan dövlət bayramları Müstəqilliyin Bərpası Günü (18 oktyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günüdür (17 noyabr).


Sentyabrın 27-si Anım Günü kimi rəsmiləşib, iş günü sayılır.скачать dle 12.1