Bia.Az

Ağsuda COVID-19 təhlükəsi və ona qarşı mübarizə tədbirləri UGURLA HƏYATA KECİRİLİR

Cəmiyyət
 17-12-2021, 21:22     319

Ölkəmizdə və bütün dünyada böyük fəsadlar yaratmış, xeyli sayda can almış Covid19 virusuyla mübarizə hələdə davam edir. Bu işlərdə əsas yük əlbətdə ki, vətəndaşların sağlamlığının qeydinə qalan səhiyyə işçilərimizin üzərinə düşür. Virusla mübarizənin ilk günündən Ağsu rayon Mərkəzi Xəstəxanası əhalinin saglamlıgı keşiyində sayıqlıqla dayanıb .İstər xəstələrin müalicəsi, istər ərazilərin dezinfeksiya olunması, istər vaksinlərin vurulmasını yüksək səviyyədə həyata keçirən həkimlərin əməyini danmaq olmaz.

Xeberci.org xəbər verir ki, Mərkəzi xəstəxananın şübhəsiz ki, qüsursuz fəaliyyətində direktor Əli Hüseynovun xidmətləri böyükdür. Daima ona müraciət edən xəstələri diqqət və qayğı ilə dinləyib onlara əlindən gələn köməyi etməyə hazır olan Əli həkim pandemiya dövründə xəstələrə daha çox diqqət və qayğı ayırır. Xəstəxanada və insanların sıx olduğu ərazilərdə dezinfeksiya işlərinin aparılması, vaksinlərin vurulması, vətəndaşlara yüksək xidmət məhz onun əməyinin bəhrəsidir.

Mərkəzi xəstəxananın bu çətin dönəmdə fəaliyyəti təkcə dezinfeksiya işləri və Covid19-a yoluxmuş vətəndaşlara xidmətlə yekunlaşmır. Həmçinin xəstəxanada bütün xəstələrə həkim və digər tibb işçiləri tərəfindən yüksək xidmət göstərilir. Qeydiyyatda olan xəstələrə dövlət tərəfindən ayrılmış dərmanlar vaxtlı vaxtında verilir.


скачать dle 12.1