Bia.Az

Sahələr üzrə orta maaş

İqtisadiyyat
 16-12-2021, 12:53     358

Dövlət Statistika Komitəsi 2021-ci il noyabrın 1-nə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqını 722,9 manat göstərib. Novator.az bildirir ki, iqtisadi fəaliyyət növləri orta maaş baxımından belə sıralanıb:

mədən sənayesi – 3094,3 manat;
maliyyə və sığorta fəaliyyəti – 1960,8 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1183,2 manat;
informasiya və rabitə – 1150 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 958,3 manat;
nəqliyyat və anbar təsərrüfatı – 925 manat;
tikinti – 877,4 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 768,2 manat;
emal sənayesi – 677,7 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 661,5 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 580 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 549,5 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 548,3 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 532 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 530,4 manat;
təhsil – 522,8 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 448,2 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 429,1 manat;
digər sahələrdə xidmətlərin göstərilməsi – 735,7 manat.
Ölkədə minimum maaş 250 manatdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, 2021-ci ilin əvvəlinə ölkədə muzdla çalışan işçilərin azı yarısının aylıq əməkhaqqı maksimum 343 manat olub.скачать dle 12.1