Bia.Az

Valyuta satışı: il, əvvəlki illər

İqtisadiyyat
 15-12-2021, 18:02     358

Novator.az Dövlət Neft Fondunun valyuta satışı statistikasına nəzər salıb.

Hesablamaya görə, fond Mərkəzi Bankın 2021-ci ilin yanvar-noyabr aylarında keçirdiyi valyuta hərraclarında 5 milyard 698,9 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 644,9 milyon, fevralda 437,3 milyon, martda 397,7 milyon, apreldə 509,9 milyon, mayda 312,7 milyon, iyunda 463,6 milyon, iyulda 461,6 milyon, avqustda 512,3 milyon, sentyabrda 565,4 milyon, oktyabrda 539,9 milyon, noyabrda 853,6 milyon dollar alınıb.

Manatı qorumağa Dövlət Neft Fondu 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edib.

2015-ci ilin devalvasiyalarında ABŞ dollarının rəsmi qiyməti 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə kurs 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.скачать dle 12.1