Bia.Az

Brüssel səfəri başladı

Gündəm
 14-12-2021, 11:51     257

Dekabrın 13-də prezident İlham Əliyevin Belçikanın paytaxtı Brüsselə işgüzar səfəri başlayıb. Dövlət başçısı Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının sammitində iştirak edəcək.

Avropa İttifaqı 27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan) birləşdirir.

Azərbaycan Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının üzvüdür. Bu proqram 2009-cu ildə elan olunub, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanı da əhatə edib.

İlham Əliyevin Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü də nəzərdə tutulur.скачать dle 12.1