Bia.Az

MAAŞ, PENSİYA və MÜAVİNƏTLƏRİN NƏ QƏDƏR ARTACAĞI AÇIQLANDI - Bəzilərində iki dəfəyə yaxın...

Sosial
 6-12-2021, 14:34     461

"Gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artımlar olacaq".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərinin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır:

 "Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir".скачать dle 12.1