Bia.Az

Gənc fəala niyə 30 sutka veriblər?

Cəmiyyət
 4-12-2021, 12:17     247

İctimai-siyasi fəalların dekabrın 1-i Bakının Fəvvarələr meydanında məhbus Saleh Rüstəmova azadlıq tələbi ilə keçirdiyi aksiyaya görə tutulan şəxslərin 5-i inzibati həbs cəzaları alıb. Onlardan biri gənc fəal Rüstəm İsmayılbəylidir. Dekabrın 2-də Səbail Rayon Məhkəməsi fəala 30 sutkalıq cəza kəsib.

Məhkəmə qərarı İnzibati Xətalar Məcəlləsinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsinin tələblərinə əsaslanıb. 30 sutka həbs həmin maddədə maksimal cəzadır.

Vəkil Zibeydə Sadıqova dekabrın 3-də “Turan”a deyib ki, Rüstəm İsmayılbəylinin 30 sutka inzibati həbsi ilə bağlı qərardan apellyasiya şikayəti veriləcək: “Fəalı karantin rejiminin pozulmasında təqsirləndirən inzibati iş tamamilə qanunsuz və uydurmadır. Rüstəm İsmayılbəyli Fəvvarələr meydanında Saleh Rüstəmovla bağlı aksiya başa çatdıqdan sonra tutulub. Polisin raportunda göstərilib ki, Rüstəm İsmayılbəyli saat 15:10-da saxlanıb. Ancaq Rüstəm İsmayılbəyli təhsil aldığı Bakı Dövlət Universitetindən 15:40-da çıxıb, şahidlər bunu təsdiqləyir, aksiya yerinə saat 17-də gəlib. Jurnalistlərdə fəal tutularkən çəkilmiş, real vaxtın göstərildiyi video da var.

Polis Rüstəm İsmayılbəylinin sosial məsafəni pozduğunu iddia edir. Lakin videoda görünür ki, onu 4-5 polis əməkdaşı tutub aparır. Sosial məsafə pozucusunu o şəkildə saxlamırlar. Əgər sosial məsafə pozulubsa, niyə məsafə pozuntusunun digər iştirakçıları da saxlanmayıb?”
Vəkil fəala maksimum cəzanın təyin edilməsini təsadüfi saymır: “Rüstəm İsmayılbəyli universitet təhsilinin son ayındadır. Fəalın yaxınları bunun Rüstəmin ali məktəbi bitirməsinə imkan verməmək üçün qəsdən edildiyini düşünür. 30 sutka həbs o deməkdir ki, Rüstəm imtahanları verə, diplom ala bilmir və hərbi xidməti ali təhsilli şəxs kimi bir il deyil, il yarım çəkməli olur. Onu ictimai fəaliyyətdən mümkün qədər daha çox təcrid etmək istəyirlər”.скачать dle 12.1