Bia.Az

Nağdsız ödənişlərin dairəsi genişlənir

İqtisadiyyat
 4-12-2021, 12:10     336

“Nağdsız hesablaşmalar haqqında” qanun yenilənir. Novator.az-ın məlumatına görə, parlamentin 3 dekabr iclasında nağdsız qaydada həyata keçirilən hesablaşmalar sırasına bunlar əlavə olunub: ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər; pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 2000 min manatdan artıq olan ödənişlər; mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində 10 min manatdan artıq olan ödənişlər; tibb müəssisələrində göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər; “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarla tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş, ümumi məbləği 3 min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).

Yeniliyin 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
скачать dle 12.1