Bia.Az

Neft hasilatında yeni kvota

İqtisadiyyat
 3-12-2021, 11:29     341

Neft ixracatçısı olan bir çox ölkənin yer aldığı əməkdaşlıq platforması dekabrın 2-də yeni hasilat razılaşması əldə edib. Energetika Nazirliyinin məlumatına görə, razılaşma Azərbaycana 2022-ci ilin yanvar ayından gündəlik xam neft hasilatını 661 min barrelə çatdırmaq imkanı verir. Hazırda Azərbaycanın gündəlik hasilat kvotası 654 min barreldir.

Novator.az bildirir ki, rəsmi hesabata əsasən, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 28,7 milyon ton xam neft çıxarılıb. Gündəlik hasilat yanvar və fevralda 593 min barrel, martda 592,1 min barrel, apreldə 594 min barrel, mayda 586 min barrel, iyunda 610 min barrel, iyulda 606 min barrel, avqustda 596,1 min barrel, sentyabrda 586,2 min barrel, oktyabrda 585,9 min barrel göstərilib.

Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 50,92, fevrala 56,68, marta 65,66, aprelə 64,25, maya 66,55, iyuna 70,57, iyula 75,95, avqusta 73,48, sentyabra 72,21, oktyabra 80,44, noyabra 87,08, dekabra 71,74 dollarla start verib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, yanvar-oktyabr aylarında Azərbaycandan 11,2 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac edilib.скачать dle 12.1