Bia.Az

“Barselona” maaşları nə qədər azaldır?

Gündəm
 25-03-2020, 14:31     320

“Barselona” maaşları nə qədər azaldır?“Barselona”nın koronavirusla bağlı karantin müddətində futbolçuların maaşını hansı miqdarda azaltmaq istədiyi məlum olub.

bia.az sport.es saytına istinadən xəbər verir ki, Kataloniya klubu rəhbərliyi futbolçuların aylıq maaşını 70 faiz azalmaq niyyətindədir. Bununla əlaqədar agentlər və futbolçular üçün təkliflər hazırlanıb.

Qeyd edək ki, oyunçular özləri koronavirus pandemiyasına görə maaşlarının bir hissəsinin azaldılmasının əleyhinə deyil.скачать dle 12.1