Bia.Az

Nə üçün koronavirus pnevmoniyası adi pnevmoniyadan daha təhlükəlidir?

İdman
 25-03-2020, 14:00     394

Nə üçün koronavirus pnevmoniyası adi pnevmoniyadan daha təhlükəlidir?Pnevmoniya (el arasında "sətəlcəm") ağciyər iltihabıdır. Bu iltihabın səbəbi əsasən bakteriya və viruslar olur.

Bakterial pnevmoniya zamanı ağciyərdə bakteriyalar çoxalmağa başlayır ki, bu da iltihaba səbəb olur. Belə pnevmoniya antibiotiklərin köməyi ilə kifayət qədər tez və asan müalicə olunur. Yetər ki, insan vaxtında həkimə müraciət etsin. Həmçinin bakterial pnevmoniya ağciyərin hər hansı bir hissəsini zədələyir (ocaqlı pnevmoniya), ağciyərin digər hissələri isə öz funksiyasını normal yerinə yetirir.

Günümüzün bəlası olan koronavirusun orqanizmə düşən kimi birbaşa ağciyərə daxil olur və burada iltihab yaradır.

bia.az bildirir ki, tanınmış ukraynalı həkim Evgeni Komarovskiy koronavirus pnevmoniyasının əsas xüsusiyyəti haqqında bunları deyib:

“Virus pnevmoniyalarının bakterial pnevmoniyalardan fərqi ondan ibarətdir ki, virus pnevmoniyalarının müalicəsi üçün xüsusi dərman preparatları yoxdur. Antibiotiklər virusları öldürmür və bu səbəbdən virus pnevmoniyaları zamanı istifadə olunmur. Koronavirusu (və bir çox digər virusları) öldürən hər hansı digər vasitə isə hələ ki yoxdur. Biz sadəcə gözləməliyik ki, immunitet xüsusi anticismlərı hazırlasın və virusları məhv etsin. O vaxta qədər isə yalnız qızdırmanı salmaq və çoxlu maye içmək lazımdır. Bu qədər.

Bakterial pnevmoniyadan fərqli olaraq virus pnevmoniyası bütün ağciyəri zədələyir ki, bu da nəfəsalamın pozulmalarına səbəb ola bilir. Belə hallarda nəfəsalmanı asanlaşdırmaq üçün oksigen balonları, ən ağır hallarda isə süni tənəffüs aparatları istifadə oluna bilər”.

Təbii ki, koronavirus bütün ona yoluxmuş insanlarda ağır pnevmoniyalara səbəb olmur. İnsanların əksəriyyəti virusu asan keçirir və tez sağalır.скачать dle 12.1