Bia.Az

Nikah statistikası (1991-2021)

Sosial
 30-11-2021, 10:26     376

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 41067 nikah rəsmiləşib, əhalinin hər 1000 nəfərinə 5,5 nikah düşüb.

Novator.az bildirir ki, Azərbaycanın müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə rəsmi nikahların sayı 74378 göstərilib.

1992-ci ildə 68740 nikah, 1993-cü ildə 60028 nikah, 1994-cü ildə 47147 nikah, 1995-ci ildə 43130 nikah, 1996-cı ildə 38572 nikah, 1997-ci ildə 46999 nikah, 1998-ci ildə 40851 nikah, 1999-cu ildə 37382 nikah, 2000-ci ildə 39611 nikah bağlanıb.

Sonrakı illərin göstəriciləri belə olub:

2001-ci il – 41861 nikah
2002-ci il – 41661
2003-cü il – 56091
2004-cü il – 62177
2005-ci il – 71643
2006-cı il – 79443
2007-ci il – 81758
2008-ci il – 79964
2009-cu il – 78072
2010-cu il – 79172
2011-ci il – 88145
2012-ci il – 79065
2013-cü il – 86852
2014-cü il – 84912
2015-ci il – 68773
2016-cı il – 66771
2017-ci il – 62923
2018-ci il – 62484
2019-cu il – 63869
2020-ci il – 35348.
1991-ci ildə əhalinin hər 1000 nəfərinə 10,4 nikah düşüb.
1992-ci ildə hər 1000 nəfərə 9,5 nikah, 1993-cü ildə 8,1 nikah, 1994-cü ildə 6,3 nikah, 1995-ci ildə 5,7 nikah, 1996-cı ildə 5,5 nikah, 1997-ci ildə 6,1 nikah, 1998-ci ildə 5,2 nikah, 1999-cu ildə 4,7 nikah, 2000-ci ildə 5 nikah rəsmiləşib.
Sonrakı illərdə hər 1000 nəfərə bu qədər nikah düşüb:
2001-ci il – 5,2
2002-ci il – 5,1
2003-cü il – 6,8
2004-cü il – 7,5
2005-ci il – 8,5
2006-cı il – 9,4
2007-ci il – 9,5
2008-ci il – 9,2
2009-cu il – 8,8
2010-cu il – 8,9
2011-ci il – 9,7
2012-ci il – 8,6
2013-cü il – 9,3
2014-cü il – 9
2015-ci il – 7,2
2016-cı il – 6,9
2017-ci il – 6,5
2018-ci il – 6,4
2019-cu il – 6,4
2020-ci il – 3,5.
Nikah sayında 2020-ci ilin kəskin azalması koronavirus pandemiyası fonunda tətbiq edilən toy qadağasından irəli gəlib. Azərbaycanda toy mərasimləri həmin il martın 16-dan 2021-ci il iyulun 1-dək yasaq altında olub.скачать dle 12.1