Bia.Az

ZƏNGƏZUR DƏHLİZİ AÇILIR! - Qərarlar gələn həftə elan olunacaq

Siyasət
 27-11-2021, 13:18     335

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin bugünkü Soçi danışıqlarında Cənubi Qafqazda bütün kommunikasiya xətlərinin açılması barədə razılığa gəlinib. Konkret qərarlar isə gələn həftə elan olunacaq.

"AzPolitika.info" xəbər verir ki, bu barədə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

"Nəhayət, üçüncü məsələ ondan ibarətdir ki, biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışdıq, bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir. Düşünürəm ki, biz artıq xeyli müddət ərzində bu məsələ üzərində işləyən baş nazirlərimizin müavinlərinə təşəkkür etməliyik. Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar. Bugünkü işə görə bir daha çox sağ olun. Həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə təşəkkürlərimi bildirmək istəyirəm", - Putin danışıqlardan sonra bəyan edib.

Kommunikasiyaların açılması dedikdə, bizim üçün bu kontekstdə ən vacib məsələ Zəngəzur dəhlizinin - Naxçıvana dəmiryolu və avtomobil yolunun açılmasıdır. Belə görünür ki, Azərbaycan və Ermənistan liderləri bu barədə prinsipial razılıq əldə ediblər. Qalır texniki xarakterli detalları müzakirə edərək razılaşdırmaq. Gələn həftə baş nazir müavinlərinin İşçi Qrupunda bu məsələlər barədə də razılıq əldə etdikdən sonra qərar elan olunacaq. 

Beləliklə, əminliklə demək olar ki, Zəngəzur dəhlizi artıq reallıqdır.    
скачать dle 12.1