Bia.Az

SOÇİDƏ ÜÇTƏRƏFLİ GÖRÜŞ BİTDİ - Liderlər bəyanat qəbul ediblər + VİDEO (Yenilənir)

Gündəm
 26-11-2021, 21:53     290

Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş 3 saatdan artıq davam edib və artıq bitib. 

"AzPolitika" "Ria Novosti"-yə istinadla xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu məlumatı təsdiq edib. 
"Bəli, üçtərəfli görüş bitdi", - Peskov deyib. 

Üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər. 
Dmitri Peskov bildirib ki, bəyanatın mətni yaxın dəqiqələrdə jurnalistlərə təqdim olunacaq.
Üçtərəfli görüşdən dərhal sonra isə Vladimir Putinlə Nikol Paşinyan arasında görüş olub. 
Görüşdən sonra liderlər açıqlamalar verməyə başlayıblar. Vladimir Putin deyib: "Konstruktiv iş apardıq. Bu görüş vəziyyətin dərin analizi oldu". 
Azərbaycan Prezidenti isə deyib: "Səmimi görüş oldu. Biz bütün planlarımızı açıq şəkildə müzakirə etdik".
Prezident əlavə edib ki, "yeni qərarlar Cənubi Qafqazda təhlükəsizliyə töhfə verəcək".
Dövlət başçısı bildirib ki, Soçidə keçirilən üçtərəfli görüşdə qəbul edilən qərarlar Cənubi Qafqazda daha təhlükəsiz və proqnozlaşdırıla bilən vəziyyətə töhfə verəcək.
"Putin və Paşinyanla üçtərəfli görüşdə hərtərəfli və səmimi söhbət olub", - Prezident İlham Əliyev vurğulayıb.
Paşinyan da görüşün nəticələrini pozitiv qiymətləndirib.


***
Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.
“Report” xəbər verir ki, danışıqlar V.Putinin təşəbbüsü ilə keçirilir.
Görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib.
Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə edilir. 






***
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Pandemiyaya baxmayaraq, Azərbaycan və Rusiyanın tərəfdaşlığı uğurla inkişaf edir” -deyə Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirilən görüşdə bildirib.
O qeyd edib ki, 2021-ci ilin ilk 9 ayı ərzində ölkələr arasında mal dövriyyəsinin həcmi 11% artıb. Hazırda Azərbaycanda 900 Rusiya müəssisəsi fəaliyyət göstərir.
V.Putin həmçinin 2022-ci ildə ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olacağını qeyd edib.






Bizim Telegram kanalımıza abunə скачать dle 12.1