Bia.Az

Ağsuda vətəndaşlar tam şəffaf şəkildə istədikləri həkimin qəbuluna daxil olaraq ətraflı müayinə olunurlar

Cəmiyyət
 26-11-2021, 14:03     436

Ağsu Mərkəzi Xəstəxanası artıq iki ilə yaxındır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə fəaliyyət göstərir. Bu müddət ərzində rayon sakinləri xəstəxanada müsbət yöndə dəyişikliklərin şahidi olublar. Vətəndaşlar tam şəffaf şəkildə istədikləri həkimin qəbuluna daxil olaraq ətraflı müayinə olunur. Rentgen və USM müayinəsindən vətəndaşlar tam pulsuz olaraq istifadə edirlər. Bütün müayinə və müalicələr, həmçinin əməliyyatlar xidmətlər cədvəlində göstərilən şəkildə pulsuz və yalnız dövlət rüsumları almaqla aparılır. Bundan əlavə İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən hər həftənin çərşənbə günü xüsusi komisiya vətəndaşları qəbul edərək onların problemləri ilə ətraflı tanış olaraq lazımı göstərişlərini verir. Əlilliyi olan şəxslər qısa zaman ərzində lazımı tibbi avadanlıqlarla təmin olunurlar.

Yaxın zamanda xəstəxanaya direktor təyin olunan Əli Hüseynovun bu cür şəffaf fəaliyyəti təqdirə layiqdir. Bəzən istirahət saatları da daxil olmaqla vətəndaşların qəbulu, onların problemlərinin həlli ilə ciddi şəkildə maraqlanan Əli həkim bütün tibbi personala vətəndaşlara xüsusi diqqət və qayğı ilə yanaşmalarını, onların müayinə və müalicəsini yüksək səviyyədə aparmaqlarını göstəriş vermişdir. Biz Xeberci.org olaraq mütəmadi şəkildə xəstəxanada olaraq onların iş fəaliyyəti ilə yaxından tanış oluruq. Hələ direktor müavini olduğu dönəmlərdə belə yorulmadan, vətəndaşlara nümunəvi tibbi xidmət göstərən Əli Hüseynov başda olmaqla xəstəxana kollektivi bu gündə öz şərəfli vəzifələrini layiqincə yerinə yetirir.

Bütün dünyada, eləcə də ölkəmizdə geniş yayılma arealı olan COVİD19 virusu ilə mübarizədə Ağsu Rayon Mərkəzi Xəstəxanasının məqsədyönlü fəaliyyəti danılmazdır. Vətəndaşların qəbul qaydaları da daxil olmaqla onların rentgen müayinəsindən keçməsi, virusun olub olmaması üçün analizlərin verilməsi və sonrakı müalicə dövrünü xəstəxananın həkimləri yüksək səviyyədə aparırlar. Dövlət qurumlarının, virusa yoluxmuş şəxslərin mənzillərinin, insanların çox olduğu məkanların yüksək səviyyədə dezinfeksiya olunmasınıda məhz Əli Hüseynovun başçılıq etdiyi xəstəxananın tibbi personalı həyata keçirir. Məhz bu tədbirlər sayəsində vətəndaşlarımızın bu virusa yoluxmasının qarşısı kifayət qədər alınmış, onların müalicə olunaraq yenidən normal həyata qayıtmaları təmin olunmuşdur.

Bu çətin dönəmdə həkimlərin səylə vətəndaşları qəbul edib onlara tibbi köməklik göstərmələri ilə yanaşı, İcbari Sığorta tərəfindən qeydiyyatda olan şəkərli diabetli, nevroloji və digər xəstələrə dövlət tərəfindən ayrılmış dərman vasitələri ilə də vətəndaşlar vaxtlı-vaxtında tam təmin olunur. Qeydiyyatda olan vətəndaşlar heç bir çətinlik çəkmədən onlara lazım olan dərmanları əldə edə bilirlər. Daima sağlamlığımızın qeydinə qalan Ağsu Rayon Mərkəzi Xəstəxanası publik şəxsin direktoru Əli Hüseynov başda olmaqla bütün tibbi personala təşəkkürümüzu bildirir, onlara şərəfli işlərində uğurlar arzu edirik. Vətəndaşlarımıza isə karantin şərtlərinə əməl edərək sağlamlıqlarının qeydinə qalmalarını tövsiyə edirik.

BİA.AZ
скачать dle 12.1