Bia.Az

Finiş ərəfəsində

İdman
 15-11-2021, 10:01     285

Avropada 2022-ci ilin dünya futbol çempionatının seçmə mərhələsinin qrup raundu bitmək üzrədir. Novator.az bildirir ki, noyabrın 15-dək 10 qrupun 7-də qalib müəyyənləşib: A qrupundan Serbiya, B qrupundan İspaniya, D qrupundan Fransa, E qrupundan Belçika, F qrupundan Danimarka, H qrupundan Xorvatiya, J qrupundan Almaniya final mərhələsinə vəsiqə alıb.

Final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. 32 biletin 13-ü Avropaya ayrılıb. Dünya çempionatına çıxmaq üçün qrupda birinci yeri tutmaq gərəkdir. İkinci yeri tutan 10 komanda və Millətlər Liqasının 2 ən yaxşı komandası əlavə oyunlar keçirmək hüququ qazanır.

Son tur ərəfəsində C qrupunda İtaliya və İsveçrə (15 xal), G qrupunda Niderland (20 xal), İ qrupunda İngiltərə (23 xal) öndədir.
Final mərhələsinə Afrikanın 5, Asiyanın 4, Cənubi Amerikanın 4, Şimali və Mərkəzi Amerikanın 3 vəsiqəsi var. 2 vəsiqə Asiya, Cənubi Amerika, Okeaniya, Şimali və Mərkəzi Amerika təmsilçiləri arasında əlavə oyunlarda müəyyənləşir, 1 vəsiqə meydan sahibinə verilir.
Cənubi Amerikadan Braziliya final mərhələsinə vəsiqəni təmin edib.

1930-cu ildən keçirilən dünya çempionatlarında Braziliya 5 dəfə, İtaliya və Almaniya 4 dəfə, Uruqvay, Argentina və Fransa 2 dəfə, İngiltərə və İspaniya 1 dəfə qızıl medallara sahib olub.скачать dle 12.1