Bia.Az

"PARİSDƏ OTURUB KOFE İÇƏ-İÇƏ ERMƏNİSTANI İŞĞALA SƏSLƏYİR..." - "İrəvan strategiyasını dəyişməli və ..."

Siyasət
 6-11-2021, 12:08     194

“Erməni diasporunun liderləri Los-Ancelesdə, Parisdə oturub kofe içə-içə Ermənistanı işğala səsləyir. Erməni diasporu da öz iddialarına son qoymalıdır ki, proseslər normallaşsın”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

H.Hacıyev qeyd edib ki, münaqişədən sonra Ermənistan mina xəritələrinin yalnız 25 faizini verib: “100 faizdən 25 faizin verilməsi çox azdır. Ermənistan diasporu Azərbaycana nifrət, revanş siyasəti yürüdür. Mənim 8 yaşım var idi, Sovet pioneri idim. O günlər xatirələrimdən getmir, münaqişənin nəticələrinə şahidlik etmişdim. Ermənistanın siyasi rəhbərliyi Azərbaycana nifrət münasibətində idi və istəkləri torpaqlarımızı işğal etmək idi. İstəməzdik ki, hadisələr bu cür səpkidə inkişaf etsin”.

"Ermənistan strategiyasını dəyişməlidir. Azərbaycanın əzəli torpaqlarını azad etməsi Cənubi Qafqazda vəziyyəti dəyişib" -  deyə, Hikmət Hacıyev bildirib.

O vurğulayıb ki, işğal Ermənistanın müstəqilliyinə xələl gətirib: "Ermənistanın iqtisadi potensialı qonşu ölkələrdən asılıdır. Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoysa, bu, Ermənistana fayda verəcək. Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoymalıdır".скачать dle 12.1