Bia.Az

Paytaxt rayonları üzrə orta maaş

İqtisadiyyat
 5-11-2021, 09:55     350

Bakı Şəhər Statistika İdarəsinin rəsmi hesabatına görə, 2021-ci il sentyabrın 1-nə paytaxtda 859609 nəfər muzdlu işçi qeydə alınıb, onların orta aylıq nominal əməkhaqqı 943,3 manat olub.

Novator.az rayonlar üzrə göstəriciləri təqdim edir:

Pirallahı – 1907 manat
Səbail – 1562 manat
Qaradağ – 1330,2 manat
Xətai – 982,7 manat
Nəsimi – 916,1 manat
Xəzər – 904,9 manat
Nizami – 785,7 manat
Nərimanov – 756,7 manat
Suraxanı – 753,9 manat
Yasamal – 725,6 manat
Sabunçu – 662,8 manat
Binəqədi – 619 manat.

2021-ci il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 725,6 manat göstərilib.
Ölkədə minimum maaş 250 manatdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, 2021-ci ilin əvvəlinə muzdla çalışanların yarısı 343 manatdan çox, yarısı həmin məbləğdən az əməkhaqqı alıb.
скачать dle 12.1