Bia.Az

“Qarabağ” qrup mərhələsini dəf etdi

Hadisə
 5-11-2021, 09:41     255

UEFA Konfrans Liqasının qrup mərhələsində ikinci dövrə start götürüb.

 H qrupunda Azərbaycanı təmsil edən “Qarabağ” noyabrın 4-də dördüncü oyununu keçirib. Novator.az-ın məlumatına görə, Qazaxıstanda “Kayrat”ın qonağı olan komanda rəqibini üstələyib – 2:1.

“Omoniya” (Kipr) – “Bazel” (İsveçrə) oyunu 1:1 hesabı ilə bitib.

Dörd turdan sonra “Qarabağ” 10 xalla azı ikinci yeri təmin edib. “Bazel”in 8, qrupdan çıxmağa şansları qalmayan “Omoniya”nın 2, “Kayrat”ın 1 xalı var.

Qrupda birinci yeri tutan komanda 1/8 finala keçəcək, ikinci yeri tutan komanda Avropa Liqasının qruplarında üçüncü olmuş komandaların biri ilə 1/8 finala çıxmaq uğrunda yarışacaq.

Qalan oyunların təqvimi belədir:

25 noyabr
“Kayrat” – “Bazel”
“Qarabağ” – “Omoniya”

9 dekabr
“Omoniya” – “Kayrat”
“Bazel” – “Qarabağ”.скачать dle 12.1