Bia.Az

Bolqarıstan Türkiyə sərhədinə nəzarəti gücləndirir - Ölkə qaçqın axınına hazırlaşır

Dünya
 3-11-2021, 02:55     192

Bolqarıstan Türkiyə ilə sərhədə 350 hərbçi yerləşdirib. Onlar qeyri-leqal miqrantların qarşısının alınmasında polislərə kömək edəcəklər.

Son günlər burada miqrant axınları xeyli güclənib. Bu barədə noyabrın 1-də «bTV» bolqar telekanalının efirindən müdafiə naziri əvəzi Georgi Panayotov xəbər verib.

«Hərbçilər sərhədçilərə dəstək üçün Bolqarıstan-Türkiyə sərhədinə gəliblər» - nazir xəbər verib və əlavə edib ki, sərhəddə həm də 40 ədəd texnika yerləşdirilib.

Bolqarıstan DİN-nin məlumatına görə, cari ilin əvvəlindən ölkənin sərhədlərini 6,3 mindən çox miqrant keçib ki, bu da 2020-ci ilin 9 ayında olduğundan 3 dəfə artıqdır.

Türkiyə ilə 270 kilometr sərhədi olan Bolqarıstan açar marşrutların birində yerləşir. Bu marşrutlardan Yaxın Şərq və Əfqanıstandan olan miqrantlar Avropa İttifaqına daxil olmaq üçün istifadə edirlər.\AzPolitika.infoскачать dle 12.1