Bia.Az

Azərbaycan Pakistandan JF-17 qırıcıları almaqda maraqlıdır

İqtisadiyyat
 2-11-2021, 11:52     316

Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcıları almaqda maraqlıdır.

“Report” “The Week”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın İslamabaddakı səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov bildirib.
“Pakistandan “JF-17 Thunder” qırıcılarının alınması gündəlikdə duran ən əsas məsələdir”, - M.Novruzov deyib.

O əlavə edib ki, Azərbaycan Pakistan ilə öz hərbi-hava qüvvələrinin müasirləşdirilməsi üzərində çalışır və “Block 3” modifikasiyalı JF-17 qırıcısı almaq niyyətindədir: "Bu modifikasiyada kabinin elektronikası və radar sistemləri təkmilləşdirilmişdir".

Xatırladaq ki, Pakistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana fəal dəstək verib. İki ölkə arasında müdafiə sahəsində fəal əməkdaşlıq mövcuddur.скачать dle 12.1