Bia.Az

COVİD 19-un SONU GÖRÜNMÜR? – “Bütün qadağalar aradan qaldırılmalıdır”

Gündəm
 29-10-2021, 15:03     242

"Hazırda insanları stress, ümidsizlik, qorxu, mənəvi sarsıntı və basqı altında saxlayan əsas məsələ, COVİD 19-a yoluxmanın artması və ölümün çoxalmasından da artıq, bu infeksiyanın uzun illər davam edəcəyi haqqında heç bir elmi məntiqə əsaslanmayan fikirlərdir. Qəribə də olsa, bunları hətta, virusun lokallaşdırılması və söndürülməsinə bilavasitə məsul olan beynəlxalq qurumların rəhbərləri belə söyləyirlər".

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri Tibb elmləri doktoru, professor Musa Qəniyev bildirib.

"Bəs, tarixi təhlil və məntiqi elm yanaşma nə deyir?- deyə o sual edir. Professor əlavə edir ki, insan cəmiyyətinin formalaşdığı antik dövrdən günümüzə qədər baş verən və tarixin yaddaşına əbədi həkk olunmuş 60 epidemiya və pandemiyanın yalnız bir neçəsində onun davam etmə müddəti 2 il göstərilir: "Bu müddətin özü də infeksiyanın başlanması və nisbi lokallaşması halı kimi dəyərləndirilir. Yəni mütləq yoluxduruculuq və ya letallıq tarixinin davamı müddəti kimi yox. Canlı orqanizmin mövcudluğunun təməl əsası fəsli növbələşməyə uyğun, orqanizmdə törənən təməl dəyişikliklərdir. Təbiətin özünütənzim mexanizmlərinə görə ən ağır virus infeksiyasının aktiv yoluxdurma və “pik letallıq” dövrü, ilin xronoloji fəsil dəyişikliklərinə görə 12 ay, yəni ardıcıl növbələşən dörd fəsildən artıq ola bilməz. Viral infeksiyaların aktiv yoluxma- keçid yolu, bronx-ağ ciyər sistemidir. Bronx-ağ ciyər sistemi orqanizmdaxili mühiti, ətraf aləmlə - təbiətlə əlaqələndirən əsas vasitədir. O, fəsli dəyişiklik, biometroloji faktor və amillərlə qarşılıqlı vəhdətdə, ətraf mühitin zərərli və aqressiv vasitələrinə bələdləşmə və uyğunlaşmanın, immun fəallığın qorunması və təminatının əsas tənzim aparatıdır. Odur ki, istənilən bakteriya, göbələk, mikrob, virus və s. amillərlə uzunmüddətli, hətta fasiləli kontakt, 4 fəsil müddətinə makro və mikroorqanizmlərdə simbioz yaşamaya xidmət edən dəyişikliyə səbəb olmalıdır. Sonrakı illərdə, məlum infeksiyaların yalnız lokallaşma və sporadikləşmə halı müşahidə oluna bilər. Orqanizmdə ciddi keyfiyyət dəyişiklikləri, yalnız payız və yaz fəslində baş verdiyindən, viral infeksiyaların fəsli artımı, yalnız bu dövrlərdə baş verməlidir və baş verir. Bu təbii qanunauyğunluqdur".
M.Qəniyevin sözlərinə görə, burada ziddiyyətli məqam, mövcud problemə qeyri-düzgün yanaşmadır: "Məsələn, iddia olunurdu ki, 2020-ci ilin payız fəslində digər viral infeksiyalar praktik olaraq yox idi, hətta qrip 98% azalmışdı. Səbəbini, COVİD 19-un digər infeksiyaları sıxışdırıb aradan çıxarması ilə əlaqələndirir, bunu hətta müsbət hal kimi vurğulayırdılar. Əslində, COVİD 19 hüceyrələrə reseptor mexanizmlərlə daxil olduğundan, digər viral infeksiyaların hüceyrələrə giriş yolu - “intra və parasellülyar qapılar” açıq qalır. Bu səbəbdən, COVİD 19, digər viral infeksiyalara hətta fəsli yoluxma riskini kəskin şəkildə artırmalı idi. Keçən il bu hal ona görə baş vermədi ki, əksər dünya ölkələri tam qapanma rejiminə keçmişdi. Hazırda praktik olaraq məhdudiyyətlər tamamilə aradan götürülüb. Odur ki, pandemiyadan əvvəlki illərdə olduğu kimi viral infeksiyaların fəsli artımı olmalıdır. Bunu COVİD 19-un alovlanması və ya növbəti dalğası kimi tədqim edib, güya peyvəndin effektiv olmaması və ya bu infeksiyanın hələ sonu görünməyən, uzun illər davam edəcəyi kimi təqdim edib insanları qorxu altında saxlamaq olmaz. Bunlar tamamilə yanlış, səhv fikir və heç bir elmi məntiqə istinad etməyən yanaşmadır". 
Tibb elmləri doktoru əminliklə vurğulayır ki, hazırda COVİD 19-la bağlı qorxuya, təlaşa və gələcəyə ümidsiz baxmağa heç bir əsas yoxdur: "Bütün dövrlərdə olduğu kimi, bu gün də həyat öz axarı ilə davam edir. COVİD 19-un həyatı öz macərasından çıxara bilməsini düşünmək belə mənasızdır. Sadəcə olaraq, insanlarda psixi stabilliyin təmin olunmasına, onların normal həyata qayıdışına, istər dövlət, istərsə də tibb ictimayəti mənəvi dəstək göstərməlidir. Ölkəmizdə iqtisadi stabilliyin qorunması, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün, bütün istehsal və qeyri-istehsal sahələri, qeyri-şərtsiz olaraq açılmalı və tam gücü ilə işləməlidir. COVİD19-la bağlı istər sosial şəbəkələrdə, istərsə də digər təbliğat vasitələrində fikir bildirən şəxslər, işlətdiyi hər bir sözün məsuliyyətini və törədəcəyi fəsadları qabaqcadan və çox ciddi şəkildə düşünməlidir".
Professor sonda bir daha qeyd edir ki, COVİD 19 sosial bəla və milli faciə deyil, ondan qurtulmanın yolu çox sadədir: "Yalnız şəxsi gigiyenik qaydalara və məlum ünsiyyət formalarına dönmədən və ardıcıllıqla əməl olunması COVİD 19 kəlməsinin birdəfəlik unudulmasına yol açacaq".скачать dle 12.1