Bia.Az

Sərəncam: müdafiə planı hazırlanır

Siyasət
 27-10-2021, 10:12     213

Baş nazir Əli Əsədov mülki müdafiə planı hazırlanması üzrə komissiya yaratmağa sərəncam verib. Novator.az bildirir ki, komissiyaya sədrlik baş nazirin birinci müavininə həvalə olunub. Sədrə fövqəladə hallar naziri müavinlik edəcək.

Qurumun üzvləri belə sıralanır:

fövqəladə hallar nazirinin müavini
müdafiə nazirinin müavini
iqtisadiyyat nazirinin müavini
səhiyyə nazirinin müavini
daxili işlər nazirinin müavini
maliyyə nazirinin müavini
təhsil nazirinin müavini
ədliyyə nazirinin müavini
energetika nazirinin müavini
ekologiya və təbii sərvətlər nazirinin müavini
müdafiə sənayesi nazirinin müavini
rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Dövlət Gömrük Komitəsi sədrinin müavini
Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini
Dövlət Sərhəd Xidməti rəisinin müavini
Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini
Milli Elmlər Akademiyasının vitse-prezidenti.

Oktyabrın 23-dən qüvvədə olan sərəncamla komissiyaya Azərbaycan Respublikasının mülki müdafiə planını hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. Üzvlərin təmsil etdikləri dövlət orqanlarının və qurumların nümayəndələrindən ibarət işçi qrupun fəaliyyətinin təşkili Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir
скачать dle 12.1