Bia.Az

PREZİDENT ƏHALİNİN ZƏNGİLANA KÖÇÜRÜLƏCƏYİ TARİXİ AÇIQLADI - "Artıq bəzi binalar hazırdır..."

Gündəm
 21-10-2021, 22:39     220

"Uzun fasilədən sonra – 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı, qaytardıq. Şanlı ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il bundan əvvəl işğalçılardan azad etdi. Beləliklə, 27 illik işğala son qoyulduq...

Ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq. Bu gün sizinlə bərabər, mən dördüncü dəfədir ki, Zəngilana gəlirəm".
Bu fikirləri Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı deyib: “İndi mən xoş gəlmisiniz deyirəm, çünki mən sizi dəvət etmişəm bu gözəl tarixi birlikdə burada qeyd edək. Amma ondan sonra mən Zəngilana gələndə zəngilanlılar xoş gəlmisiniz deyəcəklər”.
"İndi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək" - deyə,  Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlətimizin başçısı deyib ki, bu təbii gözəlliyi nəzərə alaraq müasir, çox gözəl bir şəhər qurulacaq. Azad edilmiş torpaqlarda birinci ağıllı kənd layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq.
"Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat logistika mərkəzinə çevriləcək" - deyə,  Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı deyib: “Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu tikilir, avtomobil yolu – Horadiz-Ağbənd tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq”.
Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, bu gün Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri növbəti dəfə görüşəcəklər və bizim mövqeyimiz bir daha orada səslənəcək: "Beləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları, bütün bu infrastruktur qurulacaq". 
"Oxçuçay təbii fəlakət zonasıdır. Orada götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi bəlkə də normanı 10 dəfə, 20 dəfə üstələyir" - deyə, Prezident İlham Əliyev bildirib.
Dövlətimizin başçısı deyib ki, bu çayları da təmizləyəcəyik və burada dağ-mədən sənayesi inkişaf edəcək: "Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz istismar edirdilər. O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik".скачать dle 12.1