Bia.Az

"BU HƏBSLƏR HƏM DƏ İRANA XƏBƏRDARLIQDIR" - "Görünür, bu adamların əməllərində..."

Cəmiyyət
 21-10-2021, 22:21     205

"Tarixən bütün ölkələr marağında olduğu başqa ölkədə casus şəbəkəsinin yaradılması, informasiya mənbələrinin əldə edilməsi ilə məşğul olublar. Onun sözlərinə görə, İranın Azərbaycanda casus şəbəkəsi isə yalnız informasiya əldə olunmasına yönəlməyib, həm də İran islam inqilabı ideyalarını bizim ölkədə yayıb dünyəvi dövlət quruluşunu dəyişməyə və şəriət dövləti qurmağa istiqamətlənib".

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl iranpərəst dindarların saxlanmasına münasibət bildirərkən deyib.
Xatırladaq ki, oktyabrın 19-da ilahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı barədə məluamt yayılıb. Onun özü sosial şəbəkədəki hesabından canlı yayım açaraq mənzildə axtarış aparldığını bildirib və hüquq mühafizə orqanları tərəfindən çağırıldığını bildirib. Amma gecə saatlarında Dövlət Təhlükəsizliyi Xidmətində şahid qismində dindirildikdən sonra sərbəst buraxıldığını açıqlayıb.
Həmin gün Azərbaycan Ruhanilər Məclisinin üzvləri - Sərdar Babayev, Cəlal Şəfiyev, Qadir Məmmədov və Təmkin Cəfərovun saxlanıldığı bildirilir. Onların iranpərəst maide.az saytının əməkdaşları olduğu bildirilir.

Ekspert əlavə edir ki, İran xüusi xidmət orqanlarının fəaliyyəti Azərbaycan Respublikasına və onun xüsusi xidmət orqanlarına məlumdur: “Sadəcə bəzən iki ölkə arasında münasibətləri gərginləşdirməmək üçün, eyni zamanda din pərdəsi altında fəaliyyət göstərən müəyyən qismin əməllərində hələ ki, dövlətə xəyanət və satqınlıq əlamətlərinin olmamamsını nəzərə alaraq onları məsuliyyətə cəlb etməyiblər".
İlham İsmayıl hesab edir ki, yaranmış vəziyyət, İranın işğalçı Ermənistana məlum dəstəyi, Azərbaycan dövlətini müharibə ilə hədələməsi, İranın buradakı açıq və gizli şəbəkəsinin fəallaşması bu istiqamətdə yeni əməliyyat şəraiti formalaşdırır: "Ona görə, cinayət məsuliyyətinə cəlb etmədən öncə bəzi şəxslərə qarşı profilaktik, xəbərdaredici, yeri gələndə rəsmi çəkindirmə elan edilməsi kimi tədbirlərin görülməsi zəruridir. Dövlət Təhlükəsizlik Xidmətinin bəzi dindar, ilahiyyatçı şəxsləri saxlaması onu göstərir ki, bu adamların əməllərində artıq bəzi sərhədlər keçilib və saxlanılan şəxslərin apardığı iş Azərbaycan dövlətinin təhlükəsizliyinə ciddi zərər vura bilər və ya artıq vurmaq ərəfəsindədir. Ona görə də artıq həmin şəxslərin saxlanılması, görülən profilaktik tədbirlər zərurət həddinə çatıb".
Təhlükəsizlik qeyd edir ki, bu tədbirlərin ictimailəşməsi digərlərinə, həm də onlara göstəriş verən və ya təsiri altına salan ölkəyə-yəni İrana da xəbərdarlıqdır: "Bu şəbəkənin kifayət dərəcədə geniş olmasını və fəaliyyətlərinin insanlar üçün həssas sayılan din pərdəsi altında aparılmasını, ən əsası Azərbaycan dövlətinin təhlükəsizliyinə zərbə vurmağa yönəldiyini nəzərə alıb daha sərt tədbirlərin görülməsini məqsədəuyğun hesab edirik".скачать dle 12.1