Arxiv

Oxunub:341 / 06 noy 17:49iqtisadiyyat, gundem

Dövlət Gömrük Komitəsi sahibkarlar üçün seminar keçirəcək



Dövlət Gömrük Komitəsi sahibkarlar üçün seminar keçirəcək

Azərbaycan Dövlət Gömrük Komitəsi “Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələş­dirmələr” mövzusunda seminar keçirəcək.

Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, seminarın keçirilməsində məqsəd sahibkarlığın inkişafına dəstəyin daha da artırılması, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi, maraqlı tərəflərin gömrük işinin müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatlandırılması, o cümlədən beynəlxalq ticarət təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə əlverişli şərait yaradılmasıdır.

Seminar noyabrın 13-14 tarixlərində Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçiriləcək.

Seminarda iştirak etmək istəyən şəxslərin Dövlət Gömrük Komitəsinin internet səhifəsinin (www.dgk.gov.az) “Sahibkarlara dəstək” blokuna daxil olmaqla qeydiyyatdan keçmələri xahiş olunur.