Arxiv

Oxunub:226 / 22 fev 05:48medeniyyet

Flora Kərimova Zeynəb Xanlarovanı biabır etdi: "O, Milli Məclisin nomenklaturasıdır” - Qalmaqal



Flora Kərimova Zeynəb Xanlarovanı biabır etdi: "O, Milli Məclisin nomenklaturasıdır” - Qalmaqal

















Bildiyimiz kimi, Milli Məclisin deputatı Zeynəb Xanlarova “Ermənistan-Azərbaycan Sülh Platforması” Dəstək Aktına imza atıb

Məsələ cəmiyyətdə birmənalı qarşılanmayıb. Bununla bağlı sevilən müğənni, Xalq artisti Flora Kərimova da həmkarını qınayıb. yeniçağ.az-a məsələ ilə bağlı fikirlərini çox kəskin bildirən Flora Kərimova Zeynəbin Azərbaycan adına layiq olmadığını bildirib:

“O, başını itirib. Nəyi çatmırdı ki, bu addımı atırdı? O elə hər yaşında belə olub. Bu qədər Azərbaycanda hadisələr oldu, aprel döyüşlərində, şəhid verəndə səsini çıxartdı? Başqa vaxt Amerikaya gedən Zeynəb burada bir şəhidin evinə getdimi? Bu millətin səbr kasası partladı daha… Ona elə gəlirdi ki, başında brilyantlardan tac var. Amma bu çürümüş dəmir parçası idli. Millət onu yerə çırpdı. Vaxtilə “SSRİ xalq artisti” adını aldı, nəyin hesabına? Diringi-diringi hərəkətlərlə, onun-bunun qabağında oxuyurdun, səhnə mədəniyyəti deyilən şey yoxdu onda. O millət vəkili deyil, Milli Məclisin nomenklaturasıdır. Vaxtilə hər kəsi qorxu altında saxlatdırıb, İlhamə Quliyeva kimi məmurların yanında dayanaraq, özünü onların yaxını kimi qələmə verib. Buna görə də heç kim səsini çıxartmayıb. Həmin Zeynəbdir ki, vaxtilə ona himayədarlıq edən birisi rayonlardan məxsusi məktublar yazdırıb, televiziyaya göndərtdirirdi. Desinlər ki, güya onu sevirlər”.

F.Kərimova ondan qorxmadığını deyib:

“Mən burdan ona səslənib deyirəm ki, səni bu torpağın vətəndaşı saymıram. Sən hər zaman özünə, balalarına gün ağlamısan. Sən nə haqla deyirsən ki, Azərbaycan cavanı ermənilərlə sülhə getsin? Azərbaycan gənci o qədər binamusdur ki, torpağı alınandan, qız-gəlini əsir düşəndən, üzünə tüpürüləndən sonra erməni ilə barışsın?Azərbaycanın adı sənə haram olsun. Get ver məni məhkəməyə, səndən qorxum yoxdur, qoy məni 50 min manat cərimələsinlər. Mən 150 manat təqaüdümü üst-üstə qoyub, ömrüm boyu sənə aliment verməyə hazıram”.