Bia.Az

Bakı görüşündə

Gündəm
 30-09-2021, 01:07     269

Prezident İlham Əliyev sentyabrın 29-u Bakıda Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb. AZƏRTAC xəbər verir ki, ali qonağı salamlayan İlham Əliyev deyib: “İki qardaş ölkə arasında siyasi dialoq həmişə fəal olub və indi də fəaldır. Biz xarici siyasətlə bağlı məsələlərdə sıx əməkdaşlıq edirik, xüsusilə indi yeni çağırış və imkanlar olan regionumuzda.

Ölkələrimiz arasında siyasi əlaqələrin gücləndirilməsi xalqlarımız üçün, eyni zamanda bütün region üçün önəmlidir. Mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, iqtisadi inkişaf sahəsində yaxşı irəliləyiş var, ticarət dövriyyəsi artır. Bu gün hökumətlərarası komissiyanın iclası olacaq. Əminəm ki, bu iclasda bir çox mühüm sahələr əhatə olunacaq, görülmüş işlərə nəzər salınacaq və gələcək addımlarımız planlaşdırılacaq.
Ölkənizdəki çox müsbət investisiya mühiti, sizə bir çox sosial və iqtisadi məsələləri həll etməyə imkan verən iqtisadi islahatlar bizi çox məmnun edir.

Həmçinin hökumətinizi Gürcüstandakı bütün sahələrdəki inkişafla bağlı əldə etdiyiniz böyük uğur münasibətilə təbrik etmək istəyirəm. Biz dost və qardaş olaraq bu inkişaf proseslərini görməyə çox şadıq, yeni səylərinizdə şəxsən sizə və hökumətinizə uğurlar arzulayırıq”.
Görüşdən sonra İlham Əliyev və İrakli Qaribaşvili işçi nahar ediblər.скачать dle 12.1