Bia.Az

ƏRDOĞAN-PUTİN GÖRÜŞÜ BAŞA ÇATIB... - Putin Türkiyənin Qarabağdakı rolunu təriflədi + VİDEO (Yenilənir)

Gündəm
 29-09-2021, 23:51     245

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüş başa çatıb.


***
Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında kritik danışıqlar Bakı vaxtı ilə saat 14.35-də başlayıb. Gözlənildiyi kimi iki dövlət başçısı təkbətək görüşüblər, daha əvvəl Kreml açıqlayıb ki, görüşdə ancaq tərcüməçilər yer alacaq.
Görüşün jurnalistlərə açıq bir neçə dəqiqəlik hissəsində Ərdoğanla Putin qarşılıqlı olaraq protokol nitqləri ilə çıxış edib.
“Cənab Ərdoğanla görüşlərimiz heç vaxt problemsiz keçmir, amma müvafiq strukturlarımız öz aralarında anlaşma əldə edə bilir”, - Putin bildirib.
O qeyd edib ki, Türkiyənin Rusiyaya qoyduğu yatırımlar 1.5 milyard dollar, Rusiyanın Türkiyəyə qoyduğu yatırımlar isə 6.5 milyard dollara çatıb. Putinin sözlərinə görə, Türkiyə ilə Rusiya Qarabağda sülhün əldə edilməsi üçün də əməkdaşlıq edirlər.
O, Türkiyənin Qarabağdakı situasiyaya təsirinin regionda sülhə imkan yaratdığını deyib. Rusiya prezidenti qeyd edib ki, Qarabağda atəşkəsə nəzarət üzrə monitorinq mərkəzinin fəaliyyəti aktiv fəaliyyət göstərir və regionda stabilliyin ciddi qarantıdır.
Ərdoğan isə Türkiyənin Rusiya ilə birlikdə atdığı addımların “böyük əhəmiyyət kəsb etdiyini” deyib.
“Suriyada sülhün əldə edilməsi Türkiyə ilə Rusiya arasında münasibətlərə bağlıdır”, - o deyib. Ərdoğan bildirib ki, Türkiyə ilə Rusiyanın münasibətlərinin hər keçən gün daha da güclənərək davam etməsində çox böyük faydalar var.
***
“Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi aktiv fəaliyyətini davam etdirir”.
APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşündə bildirib.
***
Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında təkbətək görüş başlayıb. “Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Dövlət başçıları Suriya, İraq, Əfqanıstan və Cənub Qafqazdakı vəziyyəti müzakirə edirlər.
Qeyd edək ki, R.T.Ərdoğan Rusiyada işgüzar səfərdədir.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb.
"Report" xəbər verir ki, dövlət başçısının təyyarəsi Soçi şəhərindəki hava limanına enib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə səfərə yola düşüb.
“Report” xəbər verir ki, bu gün adıçəkilən şəhərdə R.T.Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq.
Liderlərin Zirvə toplantısının proqramında heyətlərarası görüş nəzərdə tutulmayıb.
Bildirilib ki, prezidentlər təkbətək görüşəcək və Suriyadakı vəziyyəti müzakirə edəcək.
R.T.Ərdoğan Suriyanın Tel Rıfat və Minbicdəki terrorçu PKK silahlı qruplaşmasının varlığına diqqəti çəkəcək.
Məlumata görə, Türkiyə Prezidenti tərəflər arasında Qazaxıstan paytaxtı Astanada (indiki Nur-Sultan) əldə edilən razılaşmalara uyğun olaraq həmin bölgələrdə terrorun mövcudluğuna son qoyulmasını vurğulayacaq.
2019-cu ilin oktyabrında R.T.Ərdoğanla V.Putin arasında Soçidə keçirilmiş görüşdə terrorçu PKK/YPG-nin Fərat çayından 30 km cənuba çəkilməsi barədə razılıq əldə edilib. Ancaq indi vəziyyət rəsmi Ankaranın gözlədiyindən uzaqdır.
Rusiyanın nəzarəti altında olan Suriyadakı bölgələrdən son zamanlar Türkiyəyə yönəlik hücumlar edilir. Türkiyə lideri bu məsələdə ölkəsinin narahatlığını və hücumların qarşısının alınmasını rusiyalı həmkarının diqqətinə çatdıracaq.
2017-ci ildən indiyədək Ankara və Moskva Suriyanın İdlib əyalətində vəziyyətə xüsusi diqqət ayrır. İdlib ətrafındakı humanitar fəlakətin qarşısını almaq məqsədi ilə bölgədəki terror təşkilatlarının məhv edilməsi üçün danışıqlara başlanmışdı. 2018-ci il sentyabrın 17-də liderlərin Soçidə keçirilən görüşdə imzaladığı anlaşma bu istiqamətdə mühüm bir addım olub. Bunun sayəsində Rusiya və Dəməşq rejimi bölgədəki hücumların qarşısını bir müddət ala bildi. Ancaq Bəşşar Əsəd imzalanan müqavilənin tez-tez pozurdu. Bunun qarşısının alınması məqsədilə Ərdoğanla Putin Moskvada görüşdü.
Son 3 ildə İdlib əyaləti Türkiyə ilə Rusiya arasında əlaqələrin ən kritik məsələsidir. Liderlər əlaqələrin qarşısındakı maneəni aşmaq üçün xüsusi diplomatik xidmət yürütdülər. Odur ki, məsələ Soçi görüşündə yenidən müzakirə ediləcək.
Sammitdə regional və qlobal məsələlər, o cümlədən Liviya və Əfqanıstandakı vəziyyəti müzakirə olunacaq, Türkiyə-Rusiya əlaqələri nəzərədən keçiriləcək.
R.T.Ərdoğanı səfərdə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin sözçüsü İbrahim Kalın müşaiyət edir.скачать dle 12.1